Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Saçları tez-tez yağlanan xanımlara məsləhət

Saçları tez-tez yağlanan xanımlara məsləhət

Date: 10 November 2016 18:36

Qadınlar ən çox saçları ilə bağlı şikayətlər edirlər.

Axam.az xarici KİV-ə istinadən məlumat verir ki, yağlı saçlar başınızın kirli və çirkin görsənməsinə səbəb ola bilər. Bu xoş olmayan görüntüdən qurtulmanın yolu sadəcə başınızı tez-tez yumağınız deyil. Buun üçün bi sıra məsləhtlər var:

1. Əgər saçlarınız yağlanmaya meyillidirsə, o zaman gün ərzində əlinizi saçınıza həddən çox vurmamağa diqqət yetirin. Saçınızı çox isti su ilə yuyursunuzsa. onlar tez-tez yağlanacaq. İlıq duş həm saçınız həm də vücudunuzun sağlamlığı cəhətdən çox önəmlidir.

2. Şampun seçərkən çox diqqətli olmalısınız. Xüsusilə balzamlı və kremli yuyuculardan qaçmalı və saç kremindən istifadə etməməlisiniz.

3. Saçlarınıza həddən artıq fen istifadəsi də onların sağlamlığını pozur, həssaslaşdırır və tez qırılmasına, yağlanmasına səbəb olur.

4. Həddən çox “fastfood” yediyiniz zaman saçlarınız tez-tez yağlana bilər.

5. Yağlı bir saça sahibsinizsə “jele”, saç spreyindən maksimum dərəcədə istifadə etməyin.

6. Saçlarınızı limonlu su ilə yumaq ona parlaqlıq qazandıracaq və gec yağlanmasına səbəb olacaq.

7. Təcili işiniz olduğu vaxtlarda quru şampunlardan da istifadə edə bilərsiniz. Bu halda yağsız və qabarıq saçlara qovuşacaqsınız.


Tags:  Saçları tez-tez yağlanan xanımlara məsləhət

RƏYLƏR


Top news