Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan şərabları Çində nümayiş olunur

Azərbaycan şərabları Çində nümayiş olunur

Date: 10 November 2016 18:42

Bakı. 10 noyabr. REPORT.AZ/ Azərbaycanda şərab istehsalı və ixracı ilə məşğul olan 12 şirkətin nümayəndəsinin daxil olduğu ixrac missiyası 9-cu “Hong Kong Beynəlxalq Şərab və Spirtli İçkilər Sərgisi”ndə iştirak edir.
İqtisadiyyat Nazirliyindən “Report”a verilən məlumata görə, Hong Kong Konqres və Sərgi Mərkəzində təşkil olunan və 37 ölkədən mindən artıq iştirakçının qatıldığı sərgidə Azərbaycan üçün pavilyonda yerli şərablar nümayiş olunur.
“Azərbaycan şirkətlərinin məhsulları ziyarətçilər tərəfindən böyük maraqla qarşılanır. Sərgi iştirakçılarına Azərbaycanın investisiya və biznes imkanları, rəqabətqabiliyyətli və ixracyönümlü kənd təsərrüfatı məhsulları barədə məlumat verilib, Azərbaycan haqqında müxtəlif çap materialları təqdim olunub”-,məlumatda qeyd olunub.
Noyabrın 13-15-də isə Azərbaycanın ixrac missiyası Çinin Quancou şəhərində təşkil olunan “Quancou Şərab Sərgisi”ndə iştirak edəcək.
Çinə səfər çərçivəsində Azərbaycan və Çin iş adamları arasında ixrac imkanlarının genişləndirilməsi ilə bağlı müzakirələr aparılacaq, ixrac missiyası Çin Xalq Respublikasında yerli distributorlarla, potensial müştərilərlə görüşlər keçirəcək, şərab istehsalında tətbiq olunan yeni texnologiyalarla tanış olacaqlar




Tags:  Azərbaycan şərabları Çində nümayiş olunur

RƏYLƏR


Top news