Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Salyanda avtomobil iki piyadanı vurub

Salyanda avtomobil iki piyadanı vurub

Date: 10 November 2016 19:22

Salyan. 10 noyabr. REPORT.AZ/ Salyan rayonunda piyada ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Aran bürosunun verdiyi xəbərə görə, qəza bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun yaxınlığında, Qırxçıraq kəndi ərazisində qeydə alınıb. 
Belə ki, iki qadını avtomobil vurub. Hələlik şəxsiyyəti məlum olmayan qadınlardan biri hadisə yerindəcə dünyasını dəyişib. Ağır bədən xəsarətləri alan digər yaralı isə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda ona tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır. 


Tags:  Salyanda avtomobil iki piyadanı vurub

RƏYLƏR


Top news