DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah Belfastda keçiriləcək Şimali İrlandiya - Azərbaycan oyununda millimizin kapitanı Rəşad Sadıqov iştirak etməyəcək.
Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, buna səbəb R.Sadıqovun zədəli olmasıdır.
Kapitan sarğısı bu dəfə də Rahid Əmirquliyevdə olacaq.
Xatırladaq ki, Çexiya - Azərbaycan oyununda da millimizin kapitanı R.Əmirquliyev idi.
Milli.Az