Şimali İrlandiyaya qarşı 5-ci duel: "Vindzor Park"a seriyalarla

Şimali İrlandiyaya qarşı 5-ci duel: "Vindzor Park"a seriyalarla
19:32 10 Noyabr 2016
87 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan milli komandası tarixində 5-ci dəfə Şimali İrlandiya ilə qarşılaşacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, DÇ-2018-in sabah keçiriləcək seçmə oyununadək komandalar 4 dəfə üz-üzə gəlib.

Əvvəlki görüşlərin hamısı dünya çempionatlarının seçmə mərhələlərinə təsadüf edib. Bu matçlarda komandalar hərəyə 1 qələbə qazanıb. Maraqlıdı ki, hər iki yığma öz meydanında əldə etdiyi qələbəni 2 cavabsız qolla hesabına yazıb.
 
Digər iki matçda isə qalib müəyyənləşməyib. Bakıdakı ilk oyunda qapılara qol vurulmayıbsa, Belfastdakı bərabərlikdə tərəflər hərəyə 1 dəfə fərqlənib. Bir sözlə, Şimali İrlandiyanın hər iki ev oyununda azarkeşlər 2 qol görüb.
 
DÇ-2006-nın seçmə oyunlarında britanıyalılar 4 xal qazanıb. İlk matçda heç-heçə olubsa, ikinci matçın meydan sahibi - ada təmsilçisi qalib gəlib.
 
8 il sonra DÇ-2014-in seçmə matçlarında da oxşar ssenari yaşanıb. İlk qarşılaşmada bərabərlik yaşanıb, ikinci matçın meydan sahibi 3 xal əldə edib. Lakin bu dəfə Azərbaycan yığması ikinci görüşün ev sahibi olub və rəqibindən ümumilikdə 4 xal əldə edib.
 
Sabah keçiriləcək 5-ci duel öncəsi qarşılaşmalarla bağlı seriyalar diqqət çəkir. Son üç qarşılaşmada qapılara 2 qol vurulması, eyni məhsuldarlığın Belfastdakı görüşlərdə də yaşanması, həmçinin ilk matçların sülhlə nəticələnməsi kimi seriyaların davam edib-etməməyinə "Vindzor Park"da aydınlıq gələcək.
 
DÇ-2006
9 oktyabr. Bakı. DÇ. Azərbaycan - Şimali İrlandiya - 0:0
3 sentyabr. Belfast. DÇ. Şimali İrlandiya - Azərbaycan - 2:0
DÇ-2014
14 noyabr. Belfast. DÇ. Şimali İrlandiya - Azərbaycan - 1:1
11 oktyabr. Bakı. DÇ. Azərbaycan - Şimali İrlandiya - 2:0

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/488103.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR