Fransa millisinin və "Yuventus"un futbolçusu Patris Evra şəxsi İnstaqram hesabında maraqlı paylaşım edib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 35 yaşlı futbolçu qadınların "selfie" xəstəsi olduğunu və bu durumdan narahatçılığını bildirib.
Evra fikirlərini belə izah edib: "Qadınlar dodaqlarının möhtəşəm olduğunu düşünürlər. Ancaq çox yanılırlar, elə deyil. Bir gün dünyadakı bütün qadınların belə şəkillər çəkdirməyə nifrət edəcəyini xəyal edirəm. Çünki çox saxtadır. Onlar belə edəndə, dodaqları toyuğun arxa hissəsinə oxşayır".
Evranın bu açıqlaması izləyiciləri arasında etirazla qarşılanıb. Bəziləri futbolçunu tənqid etsə də, Evra sözügedən paylaşımı silməyib.
Milli.Az