Ələt-Astara yolunun 46-cı kilometrliyində, Salyan rayonu ərazisində avtomobil yolu keçmək istəyən iki piyadanı vurub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, sürücü hadisə yerindən qaçıb.
Piyadalardan biri hadisə yerində ölüb. Digər piyada - Şirvan şəhər sakini Camalova Gülbəniz Nüsrət qızı Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Baş Dövlət Yol Polisi tərəfindən axtarış elan edilib.