Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Şimali İrlandiya millisində yeni futbolçu

Şimali İrlandiya millisində yeni futbolçu

Date: 10 November 2016 19:47

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan millisini qəbul edəcək Şimali İrlandiya yığmasının heyətində dəyişiklik edilib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, baş məşqçi Maykl Onil hücum xəttini gücləndirmək qərarına gəlib.

Zədəli olduqları üçün yarımmüdafiəçi Styuart Dallas və hücumçu Ceymi Uordu komandadan kənarlaşdırmaq məcburiyyətində qalan Onil əvəzində bir oyunçuya dəvət göndərib. Belə ki, "Ross Kaunti"nin hücumçusu Liam Boys Belfasta gedərək, yığmanın düşərgəsinə qoşulub. 2011-ci ildən milliyə dəvət alan 25 yaşlı forvard indiyə qədər 7 oyunda iştirak edib və aktivinə hələ qol yazdırmayıb.

Qeyd edək ki, Şimali İrlandiya - Azərbaycan matçı sabah "Vindzor Park" stadionunda keçiriləcək.

Milli.Az


Tags:  Şimali İrlandiya millisində yeni futbolçu

RƏYLƏR


Top news