Moskva-Bakı aviareysləri gecikib - SƏBƏB

Moskva-Bakı aviareysləri gecikib - SƏBƏB
19:48 10 Noyabr 2016
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyanın “Aeroflot” şirkəti noyabrın 10-dan 11-dək Moskvanın “Şeremetyevo” hava limanından həyata keçiriləcək onlarla reysi təxirə salıb.

“APA-Economics”in “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb Moskvada güclü qar yağmasıdır.

Bu gün “Şeremetyevo” hava limanında 26 reys təxirə salınıb. İki gün ərzində “Aeroflot” 48 reysi ləğv edib.

Heydər Əliyev Beynəlxalq Hava Limanından “APA-Economics”ə verilən məlumata görə, bu gün Bakıdan Moskvaya və Moskvadan Bakıya ümumilikdə 5 aviareys həyata keçirilib. Daha iki aviareysin həyata keçirilməsi nəzərdə tutulub. Bildirilib ki, reyslər müəyyən gecikmə ilə həyata keçirilir, təxirə salınan aviareys yoxdur.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/175463.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR