"ABŞ-ın maraqlarına uyğun olaraq, Tramp Azərbaycanın siyasətini dəstəkləməlidir"

"ABŞ-ın maraqlarına uyğun olaraq, Tramp Azərbaycanın siyasətini dəstəkləməlidir"
20:17 10 Noyabr 2016
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Donald Tramp ABŞ-ın indiki hakimiyyətinin siyasətini davam etdirməyəcək, o, açıqlamalarında bildirdiyi kimi ölkələr arasında yaxşı münasibətləri və xalqlar arasında dostluğu inkişaf etdirəcək.

Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, hər bir ölkənin siyasi, iqtisadi, milli maraqları var: "ABŞ-ın Cənubi Qafqazda, eyni zamanda Azərbaycanda maraqları var. Amma bu maraqlar Azərbaycanın bütün maraqlarını əhatə edən maraqlar deyil. Bizim üçün ciddi problem olan Ermənistanın Azərbaycan ərazisini işğal etməsi faktı var, amma Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ bir çox hallarda ermənipərəst mövqe tutub. ABŞ-ın yeni prezidenti çıxışlarında qeyd etdiyi kimi, bu məsələlərə yenidən baxılmalı və ədalətli münasibət göstərilməlidir. Qafqazda sülhün bərqərar olunması üçün işğalçı qoşunlar Azərbaycan ərazisindən çıxarılmalı, ölkəmizin ərazi bütövlüyü bərpa olunmalıdır".

Deputat qeyd edib ki, ABŞ-ın milli maraqlarına uyğun olaraq yeni prezident Azərbaycanın siyasətini dəstəkləməlidir: "Bu, bölgədə, həm də bütövlükdə ölkələr arasındakı münasibətlərin inkişafına yardım edərdi. Çünki Azərbaycan iqtisadiyyat, siyasət, mədəniyyət və digər sahələrdə ən doğru siyasəti həyata keçirir. Ölkələr arasında yaxşı münasibətlər qurmaq istəyən dövlət Azərbaycanın bu siyasətini dəstəkləməlidir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/488254.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR