Azərbaycan sərhədlərində ŞOK SSENARİ, bir neçə günə müharibə... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycan sərhədlərində ŞOK SSENARİ, bir neçə günə müharibə... – GÜNÜN SİYASİ XÜLASƏSİ
20:23 10 Noyabr 2016
883 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünya KİV-i iki gündür ki, Donald Trampın sürpriz qələbəsini müzakirə edir. Milyarder artıq ilk planlarını açıqlayıb. Trampın köməkçiləri yeni administrasiyada əsas vəzifələrə namizədlərin siyahısını hazırlamağa başlayıb. Pentaqon Rusiyanın Hələbdə bir neçə günə hərbi əməliyyatlara başlaya biləcəyini açıqlayıb. Rusiyaya “iqtisadi iflas və dağılma” xəbərdarlığı edilib.

Azərbaycan sərhədlərində YENİ DÖVLƏT YARANIR: ŞOK SSENARİ

TSN televiziyasına müsahibəsində rusiyalı jurnalist Saşa Sotnik söyləyib ki, “Rusiyanın iqtisadi iflasından sonra onun dağılması qaçılmaz olacaq.

Saşa Sotnik qeyd edir ki, Rusiya prezidenti Vladimir Putin öz ölkəsini Qərblə qarşıdurmaya cəlb edib. Jurnalist qarşıdurmanın nəticəsinin iqtisadi iflas və Rusiyanın dağılması olacağını bildirib.

Onun fikrincə, Rusiyanın iflası və dağılmasının qarşılığı vətəndaşlar üçün çox ağır olacaq. Saşa Sotnik vurğulayıb ki, federal hakimiyyət heç kəsə lazım olmayacaq: “Yerli knyazlar dərhal şəxsi torpaqlarının sərhədlərini cızmağa, pulu bölməyə, öz şəxsi ordularını yaratmağa başlayacaqlar. Rusiyadan bir neçə region qopacaq. Moskva ilk növbədə Kalininqrad, Şimali Qafqaz, Dağıstan, Şimali Osetiya, Qaraçay-Çərkəz, Çeçenistan və İnquşetiya ilə vidalaşmalı olacaq. Bu artıq praktik olaraq şəffaf perspektivdir. İqtisadi iflas olacağı halda mütləq baş verəcək”.

Jurnalistin sözlərinə görə, Rusiyanın dağılması müddəti pulun hakimiyyətə hansı müddətə çatacağından asılıdır. Rusiya jurnalistinin fikrincə, bu müddət 2 ildən 10 ilə qədər müddətdə özünü göstərəcək.

Qeyd edək ki, Rusiya Ehtiyat Fondu 2016-cı il iyunun 1-dən noyabrın 1-inə qədər təxminən 560 milyard rublda (təxminən 8,7 milyard dollar) azalıb. Noyabrın 1-inə olan məlumata görə, Rusiya Ehtiyat Fondunun həcmi 1991,61 milyard rubl (31,66 milyard dollar) təşkil edir.

Donald Trampın qələbəsi

ABŞ-da keçirilən prezident seçkilərində respublikaçı Donald Trampın qələbəsi KİV-in əsas mövzusudur. Bütün dünya onun ilk addımlarını maraqla gözləyir.

Trampın köməkçiləri onun prezidentliyinin ilk aylarında həyata keçiriləcək planlara həsr edilmiş “greatagain.gov” saytını (Trampın seçki kampaniyasının şüarı olan “Make America Great Again” – (“Amerikanı yenidən böyük edək”) ifadəsindən götürülüb) hazırlayıb.

Altı il əvvəl maliyyə islahatları çərçivəsində qəbul edilən Dodda-Frenk qanununun icrasının dayandırılması, Meksika ilə sərhəddə divarın tikilməsi, immiqrasiyaya nəzarət üzrə tədbirlərin həyata keçirilməsi, Barak Obama administrasiyası tərəfindən həyata keçirilən səhiyyə islahatının ləğvi, ABŞ-da iş yerlərinin müdafiəsi məqsədi ilə xarici ticarət sahəsində razılaşmalara yenidən baxılması yeni prezidentin komandası tərəfindən baxılacaq ilk məsələlərdir. Bundan başqa, yeni administrasiyanın planları arasında, enerji resurslarının hasilatına məhdudiyyətlərin aradan qaldırılması, “Keystone XL” (Kanadadan ABŞ-a çəkilməsi nəzərdə tutulan neft kəməri. Barak Obama ölkənin maraqlarına zidd olduğunu bildirərək kəməri tikilməsindən imtina edib –red.) və iqlim dəyişikliyi üzrə BMT proqramlarına ödəmələrin ləğvi var.

Həmçinin saytda federal idarələrdəki postlara namizədlərin seçilməsinin qaydaları haqqında danışılır.

Tramp bu şəxslərə vəzifə verəcək – SİYAHI

ABŞ-da keçirilən prezident seçkilərində qələbə qazanan Donald Trampın köməkçiləri yeni administrasiyada əsas vəzifələrə namizədlərin siyahısını hazırlamağa başlayıb.

Siyahını “The Wall Street Journal” qəzeti açıqlayıb.

Tramp bu şəxslərə vəzifə verəcək – SİYAHI

ABŞ-da keçirilən prezident seçkilərində qələbə qazanan Donald Trampın köməkçiləri yeni administrasiyada əsas vəzifələrə namizədlərin siyahısını hazırlamağa başlayıb.

Rəqibi demokrat Hillari Klinton məğlubiyyətini qəbul edərək Trampı təbrik etsə də, məğlubiyyəti həzm edə bilməyən Klintonun tərəfdarları etiraz aksiyaları keçirir.

ABŞ-ın Vaşinqton ştatının Sietl şəhərində isə naməlum şəxslər insanlara atəşaçıblar. Baş vermiş atışma zamanı 5 nəfər yaralanıb. Nyu-York şəhərində aksiyada iştirak edənlərdən 30-u saxlanılıb.

Donald Tramp “müsəlman manevri” edib. Trampın müsəlmanların ABŞ-a girişinə mane olacağına dair bəyanatı seçki gününün axşamı şəxsi saytından silinib.

Tramp həmin bəyanatı 2015-ci ilin noyabrında Parisdə təşkil edilən terror aktından sonra vermişdi. O, bildirmişdi ki, həqiqət tam olaraq ortaya çıxana kimi bütün müsəlmanların ölkəyə girişinə mane törədilməlidir.

Bundan sonra da Tramp və onun dəstəkçiləri müsəlmanların ölkəyə girişinə qadağa qoyulması fikrini davamlı olaraq müdafiə ediblər. Onların fikrincə, bu addım Amerikanın təhlükəsizliyi üçündür və dini ayrı-seçkiliklə heç bir əlaqəsi yoxdur. Trampın “müsəlmanların ölkəyə girişinin qadağan edilməsi”ni dəstəkləyən çıxışı seçki günü axşam saatlarına qədər saytda idi.

ABŞ-da prezident seçkilərində Donald Trampın qələbəsindən sonra müsəlmanlar, azlıqlar və qeyri-ənənəvi seksual oriyentasiyanın nümayəndələrinə qarşı hücumlar artıb.

“Twitter” istifadəçiləri milyarderin tərəfdarlarını hücumlarda ittiham ediblər. Onlardan biri “Tramp. Birinci gün” ifadəsi ilə hücuma məruz qalanlardan birinin şəklini paylaşıb.

Tramp seçildi, ordu hərəkətə keçdi – müharibə başlayır?

ABŞ-da Donald Tramp prezident seçilən kimi Kuba ordusu yüksək səviyyədə hazırlıq vəziyyətinə gətirilib.

Barak Obama bu il Kubaya səfər edərək, Vaşinqton-Havana əlaqələrinin normallaşması üçün addım atmışdı. Lakin seçkinin nəticələri açıqlanan kimi rəsmi Havana ordusu “xarici təhlükələrə qarşı hazırlıq” təlimlərinə start verib.

Tramp seçildi, ordu hərəkətə keçdi – müharibə başlayır?

ABŞ-da Donald Tramp prezident seçilən kimi Kuba ordusu yüksək səviyyədə hazırlıq vəziyyətinə gətirilib.

Rusiyanın Liberal-Demokratik Partiyasının lideri Vladimir Jirinovski isə Dövlət Dumasında Donald Trampın ABŞ prezidenti seçilməsi münasibəti ilə banket təşkil edib. Jirinovski banket üçün 100 min rubl (təxminən 1530 dollar –red.) xərclədiyini bildirib. Masaya kolbasa, toyuq, konfet və şampan qoyulmuşdu.

Banketin görüntüləri internetdə yayılıb.

Jirinovski Trampın qələbəsi üçün şampan qonaqlığı verdi – VİDEO

Rusiyanın Liberal-Demokratik Partiyasının lideri Vladimir Jirinovski Dövlət Dumasında Donald Trampın ABŞ prezidenti seçilməsi münasibəti ilə banket təşkil edib.

Trampın qələbə qazanması Rusiyanın siyasi elitası tərəfindən sevinclə qarşılansa da, ekspertlər ehtiyatlı olmağı məsləhət görürlər.

Rusiya Dumasının eks-deputatı İlya Ponomaryov söyləyib ki, ABŞ-ın yeni prezidenti Donald Trampa özünü sübut etmək üçün xarici siyasətdə parlaq hərbi qələbə lazımdır. Onun sözlərinə görə, bu, Rusiya üçün böyük problemə çevrilə bilər:

“Trampın şüarı “Amerikanı yenidən böyük edək”dir. Bu cür insanlar böyüklüyü başqalarının üzərində hökmranlıqda görürlər. Buna görə də o, mütləq gücünü göstərəcək. Onun kimisə məğlub etməsi lazımdır. Belə qələbə dünyanın istənilən yerində ola bilər. Daha real variant kimi Suriyanı götürmək olar. Bunun üçün o, Suriyada rus təyyarələrini vurmalı olacaq. Əgər belə etməsə, qalib olmayacaq”.

ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner isə Kremlə mesaj göndərib ki, sevinməyə dəyməz.Mark Toner bildirib ki, Krım Ukraynaya geri qaytarılmasa, ABŞ Rusiya Federasiyasına tətbiq etdiyi heç bir sanksiyanı aradan qaldırmayacaq.

“Administrasiyanın mövqeyi dəyişməz olaraq qalır. Rusiya Krımdakı hərbi qüvvələrini geri çəkməyənə, Krımı Ukraynanın tərkibinə qaytarmayana qədər ABŞ sanksiya siyasətini dəyişməyəcək”, - deyə o, bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, Moskva seçki kampaniyası boyunca hər zaman ABŞ-la normal münasibətlərin qurulmasına hazır olması istiqamətində konkret mövqeyini ortaya qoyub.

Onun sözlərinə görə, insanlar bəzi amerikalı siyasətçilərin ambisiyalarının girovuna çevrilib. "İnsanlar yorulub, köhnə aqressiya və yalan dərisini üzərlərindən atmaq istəyirlər" - M.Zaxarova vurğulayıb.

Trampa Krım mesajı?

Sevastopolda Krımın hərbi obyektlərinə hücumlar hazırlayan Ukrayna Müdafiə Nazirliyinin diversiya-terror qrupu saxlanılıb.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, qrup üzvlərindən böyük miqdarda partlayıcı qurğular, silah və döyüş sursatları, xüsusi rabitə vasitələri, həmçinin hücum edilməsi planlaşdırılan obyektlərinin xəritələri götürülüb. Operativ-axtarış tədbirləri və istintaq hərəkətləri davam edir.

Ukrayna daxili işlər nazirinin məsləhətçisi Zoryan Şkiryak isə deyib ki, Krımda Ukrayna diversantlarının tutulması haqqında informasiya Donald Trampın ABŞ prezidenti seçilməsi ilə bağlı ola bilər. Onun sözlərinə görə, informasiya Trampda Ukrayna haqqında pis təəssürat yaratmaq üçün dövriyyəyə buraxılıb.

Pentaqondan SOS: Müharibə bir neçə günə başlayır

İraqın Mosul şəhəri ətrafında oktyabrın 17-də başlanan əməliyyatda susqunluq olsa da, Suriyanın Hələb bölgəsində yaxın günlərdə vəziyyət dəyişə bilər.

ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) Hərbi Dəniz İnstitutunun portalına bildiriblər ki, Rusiyanın “Admiral Kuznetsov” təyyarədaşıyan gəminin təyyarələri Suriya səmasında qeydə alınıb.

Pentaqon nümayəndəsinin sözlərinə görə, yaxın günlərdə Hələb ətrafında döyüş əməliyyatlarının aktivləşməsi gözlənilir və əməliyyatlara “Admiral Kuznetsov” aviaqrupu da qoşula bilər.

Noyabrın 8-də Rusiya Müdafiə Nazirliyindəki mənbə “İnterfaks”a bildirib ki, “Admiral Kuznetsov” kreyserinin göyərtə aviasiyası və yüksək dəqiqliyə malik silahlarla təchiz edilmiş hərbi gəmiləri Hələbdə döyüşçülərə zərbələr endirməyə hazırlaşırlar. Oktyabrın 26-da NATO-dan bildiriblər ki, Suriya istiqamətinə yollanan “Admiral Kuznetsov” Hələbə zərbələrin vurulması üçün istifadə edilə bilər.

Pentaqondan SOS: Müharibə bir neçə günə başlayır

Rusiyanın “Admiral Kuznetsov” təyyarədaşıyan gəminin təyyarələri Suriya səmasında qeydə alınıb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/175462.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR