"Fənərbağça"da ciddi itki

"Fənərbağça"da ciddi itki
20:27 10 Noyabr 2016
70 İdman
Ölkə mətbuatı
A- A+

"Fənərbağça"nın futbolçusu Cermeyn Lens zədələnib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Hollandiya millisinin oyunçusu Belçikaya qarşı dünən keçirilən yoldaşlıq görüşündə zədə alıb. Onun son durumu tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.

Türkiyə mətbuatı Lensin "Qalatasaray" derbisinə kimi böyük ehtimalla  hazır olmayacağını yazıb.

Qeyd edək ki, "Fənərbağça" - "Qalatasaray" oyunu noyabrın 20-i keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/488085.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR