Maşın iki piyadanı vurdu: biri öldü

Maşın iki piyadanı vurdu: biri öldü
20:37 10 Noyabr 2016
116 Ölkə
Ölkə mətbuatı
A- A+

Salyan rayonunda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az-ın report-a istinadən məlumatına görə, qəza bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun yaxınlığında, Qırxçıraq kəndi ərazisində qeydə alınıb.

Belə ki, iki qadın piyadanı avtomobil vurub. Hələlik şəxsiyyəti məlum olmayan qadınlardan biri hadisə yerində dünyasını dəyişib. Ağır bədən xəsarətləri alan digər yaralı - Şirvan şəhər sakini, 53 yaşlı Gülbəniz Nüsrət qızı Camalova isə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda ona tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/488258.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR