Salyanda avtomobil iki piyadanı vurub

Salyanda avtomobil iki piyadanı vurub
20:43 10 Noyabr 2016
107 Ölkə
Ölkə mətbuatı
A- A+

Salyan rayonunda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun verdiyi xəbərə görə, qəza bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun yaxınlığında, Qırxçıraq kəndi ərazisində qeydə alınıb.

Belə ki, iki qadın piyadanı avtomobil vurub. Neftçala rayonunun Qaramanlı kənd sakini, 1974-cü il təvəllüdlü Səidə Arif qızı Qədirova hadisə yerində dünyasını dəyişib. Ağır bədən xəsarətləri alan digər yaralı - Şirvan şəhər sakini, 53 yaşlı Gülbəniz Nüsrət qızı Camalova isə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda ona tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/175465.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR