Mütləq rekord iddiasında

Mütləq rekord iddiasında
20:47 10 Noyabr 2016
73 İdman
Ölkə mətbuatı
A- A+

Sabah DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında IV tura start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, üç gün davam edəcək turun ilk günündə Azərbaycan millisi də növbəti matçını keçirəcək.

Yığmamız Şimali İrlandiya ilə qarşılaşacaq. Ardıcıl ikinci, tsikldə üçüncü səfər matçına çıxacaq Robert Prosineçkinin yetirmələri uğurlu seriyalarını davam etdirməyə çalışacaq.
 
Üç turda 7 xal toplayan komandamız 2-ci pillədəki mövqeyini qorumaq üçün Belfastdan məğlubiyyətsiz dönməlidi. Bu isə yetərincə mümkün görünür. Komandamızın Belfasta son səfəri də buna sübutdu. Komandamız 4 il öncə DÇ-2014-ün seçmə oyununda "Vindzor Park"ı xalla tərk etmişdi.
 
Həmin görüşdə qələbəni son anda əldən verən, təxminən 1 il sonra britaniyalıları Bakıdan məğlub yola salan yığmamız bu dəfə də Şimali İrlandiyadan xal almaq iqtidarındadı.
 
Düzdü, irlandiyalıların AÇ-2016-nın final mərhələsinə yüksəlməsi indiki yığmanın daha güclü olduğunu göstərir. Lakin Azərbaycan millisi də tarixinin ən yaxşı dövrünü yaşayır. Komandamızın ilk üç matçda yenilməməsi də bunu göstərir.
 
Tarixinin ən uğurlu startına imza atan millimiz qol buraxmadığı və uduzmadığı tsikldəki uğurlu yoluna davam etməyə iddialıdı. San-Marino və Çexiya ilə səfər matçlarında 4 xal qazanıb, rəqib meydanında qapısını toxunulmaz saxlayan yığmamız bu dəfə də uduzmasa, pley-offa vəsiqə iddiasını təsdiqləyəcək.
 
Millimiz 6 seçmə oyunudur evdə uduzmayan rəqibin bu seriyasını qırmağa da cəhd edəcək. Əgər Belfastda qələbə əldə olunsa, mütləq rekord rəsmiləşəcək. Söhbət bir tsikldə yığılan xallardan gedir.
 
DÇ-2014-ü 9 xalla tamamlayıb, rekorda imza atan komandamız 3 il əvvəlki nailiyyəti tsikl başa çatmamış yeniləyə bilər. Çünki Belfastdakı qələbə hesabımızdakı xalları 10-a çatdıracaq. Təbii ki, istənilən nəticə ilə rekordu yeniləmək şanslarımız növbəti 6 matça qalacaq. Lakin yeni rekordu təxirə salmamaq üçün Prosineçkinin yetirmələri möcüzənin davamını Belfastda gətirməlidi.
 
DÇ-2018-in seçmə mərhələsi
IV tur
C qrupu
23:45. Şimali İrlandiya - Azərbaycan
Baş hakim: Klément Turpin
Baş hakimin köməkçiləri: Nikolas Danos, Siril Qrinqor
Dördüncü hakim: Frank Şneyder (hamısı Fransa)
Belfast. "Vindzor Park" stadionu

1.

Almaniya

3

3

0

0

8-0

9

2.

Azərbaycan

3

2

1

0

2-0

7

3.

Şimali İrlandiya

3

1

1

1

4-2

4

4.

Norveç

3

1

0

2

4-5

3

5.

Çexiya

3

0

2

1

0-3

2

6.

San Marino

3

0

0

3

1-9

0

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/488031.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR