Yeməyi azaltmaq ömrü 20 il uzadır

Yeməyi azaltmaq ömrü 20 il uzadır
21:12 10 Noyabr 2016
228 Ölkə
Ölkə mətbuatı
A- A+

İngiltərədə aparılan bir araşdırma onu göstərdi ki, yemək qəbulunun azaldılması çox daha uzun yaşamağa şərait yaradır.

İngiltərədə aparılan araşdırma, bir gündə istehlak edilən qidaların 40% azaldılması insanların daha çox yaşayacağını ortaya çıxardı.
 
Milli.Az deyerler.org-a istinadən bildirir ki,  London Universitetində yaşlanma sürəti haqqında araşdırma aparan elm adamları, "yeyilən qidalar 40% azaldılsa, orta hesabla bir insan ömrü 20 il uzanır" açıqlamasını verdilər. Mütəxəssislərin bəziləri bu mövzu barəsində ətraflı məlumat verdilər: "Qidalanma rejimi və genetika ömrü uzatmağa və qocalmağa mane olmaqda təsirlidir. Təcrübəmizdə siçana verilən yeməyi 40% azaltdıqda onun ömründə də uzanma müşahidə olunub".
 
Bu səbəbdən də, düzgün və həddində qidalanmaq olduqca önəmli bir mövzudur.
 
Tədqiqatçılar qocalmağı ləngitmək üçün araşdırmaların davam etdiyini açıqlayıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/487926.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR