Bakıda məktəbin həyətində uçqun - VİDEO

Bakıda məktəbin həyətində uçqun - VİDEO
21:12 10 Noyabr 2016
130 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxtın Binəqədi rayonundakı 205 saylı tam orta məktəbin həyətində təhlükəli anlar yaşanıb. Məktəb həyətilə maşın yolu arasındakı istinad divarı uçub. Hadisəyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi münasibəti açıqlayıb.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, məktəbin həyətilə maşın yolu arasındakı istinad divarı uçub.

Paytaxtın Binəqədi rayonundakı 205 saylı tam orta məktəbin həyətində torpaq uçqunu baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənovun dediyinə görə, uçan divarın uzunluğu 100 metr, hündürlüyü 2-2,5 metr olub. Uçmaya səbəb son günlər müşahidə olunan yağışlı hava şəraiti olub.

Rafiq Həsənov qeyd edib ki, divar məktəb binasından təxminən 20 metr aRalıda olduğu üçün bina üçün təhlükə əxz etmir. Lakin tədbir görülməsə uçqun dinamikasında aktivlik müşahidə olunduğunudan, geoloji prosesin miqyası da genişlənə bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/488262.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR