Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Qubada yağışlardan sonra bir ev çökdü - VİDEO

Qubada yağışlardan sonra bir ev çökdü - VİDEO

Date: 10 November 2016 21:17

Qubada yağışlardan sonra bir ev də çöküb. Bu səbəbdən evin divarları aralanıb. Ailənin yaşadığı ev qəzalı vəziyyətə düşüb.

Evində çatlar əmələ gəlib. Hətta divarlar aralanıb. Bir müddətdir yağan aramsız yağışlar kəssə də fəsadları dvam edir.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, Qubanın ərdəbil küçəsində yaşayan Salmanovlar ailəsinin evi intensiv yağışlardan sonra bu vəziyyətə düşüb.Ev torpaq qatının axması nəticəsində çöküb və qəzalı vəziyyətə düşüb. Ev sahibi deyir ki, hazırda evdə yaşasalar da qorxu içindədirlər.

Evin 2 otagı tamamən yararsız vəziyyətə düşüb. Divarlarda aralanmalar olduğuna görə uçma təhlükəsi var. Ev sakinləri bildirir ki, növbəti dəfə yagış yagsa ev istifadəyə yararsız hala düşəcək.

Mövcud vəziyyətlə bağlı aidiyyatı qurumlara müraciət edilıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və icra hakimiyətinin nümayəndələri evə baxış keçiriblər. Rayon icra hakimiyyətinin şəhər üzrə nümayəndəsi Əlimərdan bildirib ki, hadisə ilə bağlı rayon rəhbəri ev sahibi ilə görüşəcək. Ondan sonra göstərilən tapşırıqlar əsasında addım atılacaq.

Milli.Az


Tags:  Qubada yağışlardan sonra ev çökdü VİDEO

RƏYLƏR


Top news