Küsülülər barışanda, şeytan fəryad edər

Küsülülər barışanda, şeytan fəryad edər
21:17 10 Noyabr 2016
109 Ölkə
Ölkə mətbuatı
A- A+

İmam Sadiq (ə) buyurur: "O zamana qədər ki, iki müsəlman bir-birindən uzaqlaşar (yəni küsər), şeytan davamlı olaraq şad və sevincli olar. Nə zaman bir-birinə çatsalar (yəni barışsalar), dostluqlarını yeniləsələr, şeytanın dizi süstləşər. Belə ki, bir yerdə qərar tuta bilməz və fəryad çəkər: "Vay olsun mənə ki, məhv oldum!"". (Erfan)
Milli.Az deyerler.org-a istinadən bildirir ki,  Qurani-Kərimdə buyurulur: "Həqiqətən, möminlər bir-biri ilə qardaşdır. Buna görə də qardaşlar arasında barışıq yaradın və Allahdan qorxun. Ümid var ki, Allah sizə rəhm etsin".  ("Hücurat", ayə 10)
Allahın Peyğəmbəri (s) buyurub: "Sizə namazdan, orucdan, sədəqədən (zəkatdan) daha fəzilətli bir şeydən xəbər verimmi? Bu, insanlar arasında sülh yaratmaqdır. Çünki insanlar arasında əlaqənin pozulması ölümə və dinin aradan götürülməsinə bərabərdir".
İmam Sadiq (ə) buyurub: "İnsanlar bir-birilə ixtilafa və düşmənçiliyə düçar olanda onların arasında sülh yaratmaq, bir-birlərindən uzaqlaşan zaman onları yaxınlaşdırmaq - Allahın sevdiyi bir sədəqədir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/487920.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR