Bakıda 25-30 ağacı bir gecədə kəsdilır - VİDEO

Bakıda 25-30 ağacı bir gecədə kəsdilır - VİDEO
21:22 10 Noyabr 2016
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının mərkəzində 25-30 ağacı bir gecədə kəsdilər. Məqsədsə həmin ərazidə çoxmərtəbəli bina inşa etməkdir. Bunun üçün hətta böyük özül də qazılıb. İndi yaranmış vəziyyətdən ətrafda yaşayan sakinlər narahatdılar.

1 deyil, 2 deyil, 25-30 ağacı bir gecədə kəsərək məhv ediblər.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, görüntülər paytaxtın Yasamal rayonu Əhməd Cəmil küçəsindəndir. Sakinlərin sözlərinə görə ''Elit-City'' MTK-nın əməkdaşları hündürmərtəbəli bina inşa etmək üçün məhəllədəki ağacları kəsirlər. Halbuki ağacların çoxu tikintiyə mane də olmur.

Sakinlər sözlərinə görə, özül qazan ağır texnika yaxınlıqdakı binalara da ziyan vurub. Qazıntı işləri zamanı yaxınlıqdakı bir binada çatlar əmələ gəlib.

Məlum oldu ki, iri ağaclar gecə kəsilsə də, səhər hissələrə bölünərək yük avtomobilləri ilə ərazidən daşınır. Hətta bir avtomobil ağacları aparmaq üçün gətirilsə də çəkilişi görüb işi dayandırıblar.

Ərazidə tikintiyə nəzarət edən bu şəxs isə ağacların kəsilməsindən xəbəri olmadığını deyir.

''Elit-City'' MTK-nın ofisinə müraciət etsək də onlardan ağacların kəsilməsinə cavab ala bilmədik. Daha doğrusu qapını açan olmadı.

Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdri Raqub Mirzəyev ''Xəzər Xəbər''ə bildirildi ki, həmin ərazidə araşdırma aparılıb bir neçə tut və qovaq ağacları kəsilib. Məsələ ilə bağlı akt tərtib edilib, rayon polis idarəsinə veriləcək və qanunla nəzərdə tutulmuş qaydada ağacı kəsən şirkət cərimələnəcək deyə sektor müdri bildirdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/488267.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR