Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Uzun müddət ac qalmaq kökəldir

Uzun müddət ac qalmaq kökəldir

Mourinyo: "10-15 il nəticə vermədən bir klubda..." (20 Mart 2017 15:22)

Tarix: 10 Noyabr 2016 21:22

Bu insanlar tez bir zamanda arıqlamaq istəyirlər və bunun üçün sağlamlıqlarına ziyan verəcək yollara əl atırlar.

Dünya Səhiyyə Təşkilatının qeyd etdiyi həftəlik arıqlama miqdarı 0.5-1 kq arasıdır. Arıqlama prosesində ilk həftələr bir miqdar artsa da, daha sonra normal arıqlama sürətinə qayıdır.
 
Milli.Az deyerler.org-a istinadən bildirir ki, məsələn, yaşıl çay mütəmadi istifadə etdikdə piylənmənin azalmasını təmin edir. Ancaq bəzi xüsusi hallarda (hipertireoz, ürək damar xəstəlikləri, hamiləlik və s) istifadə edilməsi təhlükəlidir və mütəxəssislə məsləhətləşərək hərəkət edilməlidir. Digər bir nümunə isə, mixək və bibər kimi ədviyyatlardır. Onlar arıqlamağı sürətləndirir. Bundan əlavə, müntəzəm edilən fiziki aktivlik artıq çəkilərdən qurtulmağı təmin edir.
 
Lakin yeməksiz günə başlamaq, uzun müddət ac qalmaq piylərin yığılmasına səbəb olur və bu səbəbdən də, insan kökəlir.
Mütəxəssislər sağlam və tez arıqlamağın tək bir şeydən asılı olmadığını və həm qidalanmağa, həm fiziki fəaliyyətə diqqət edilməsinin vacibliyini vurğuladılar.

Milli.Az


Teqlər:  Uzun müddət ac qalmaq kökəldir



RƏYLƏR


Top xəbərlər