Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Ağalarovun sərgi mərkəzini partlatmağa cəhd edən şəxs həbs edilib

Ağalarovun sərgi mərkəzini partlatmağa cəhd edən şəxs həbs edilib

Moskvada terror aktının qarşısı alınıb (15 Mart 2017 08:22)
Moskvada terror aktının qarşısı alındı (15 Mart 2017 08:08)
Moskvada 8 Martda terror törədiləcəkmiş (15 Mart 2017 07:59)

Tarix: 10 Noyabr 2016 21:28

Moskvada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus “Krokus Ekspo” sərgi mərkəzində partlayıcı qurğu yerləşdirməkdə şübhəli bilinən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

APA-nın xəbərinə görə, bu barədə “TASS”a Moskva vilayəti Krasnoqorski şəhər məhkəməsinin mətbuat katibi Natalya Osipova bildirib.

“Məhkəmə istintaqın vəsatəti əsasında dekabrın 12-dək Şaiq Məhəmmədov barəsində həbs qətimkan tədbiri seçib”, -deyə Osipova bildirib.

Ş.Məhəmmədova qarşı Rusiya CM-nin 167-ci maddəsi üzrə ittiham irəli sürülüb. Bu ittiham üzrə Ş.Məhəmmədov beş ilədək azadlıqdan məhrum edilə bilər.

Qeyd edək ki, oktyabrın 7-də Moskvada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus sərgi mərkəzində partlayıcı qurğu tapılıb. Hüquq-mühafizə orqanlarının məlumatında əldəqayırma partlayıcı qurğunun çantaya qoyulduğu və sərgi mərkəzində yerləşən tualetlərin birinə yerləşdirildiyi bildirilib.


Teqlər:  Ağalarovun sərgi mərkəzini partlatmağa cəhd edən şəxs həbs edilib



RƏYLƏR


Top xəbərlər