Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Uşaqlarda piylənmə

Uşaqlarda piylənmə

Date: 10 November 2016 21:37

Uşaqlarda piylənmə kalorili qidalarla və ayaqüstü qidalanmadan, az hərəkətlilikdən, şirin qazlı içkilərdən hədsiz istifadəsi zamanı baş verə bilir.
Uşaqlarda piylənmə uşaq və yeniyetmələrdə baş verən ciddi xəstəliklərdən hesab edilir. Mütəxəssislər uşaqlarda piylənmənin olmasının təhlükəli hesab edirlər. Onların fikrincə yeniyetmə yaşına qədər piylənmə uşaqların normal inkişafı üçün təhlükli sayılır. Piylənmə uşaqların inkişafını ləngidir.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, mütəxəssislər piylənmə ilə böyüyən uşaqlarda müxtəlif xəstəliklərin, o cümlədən endokrin sistem xəstəliklərinin əmələ gəlmə riskinin böyük olduğunu söyləyirlər. Belə ki, piylənməsi olan uşaqlarda şəkərli diabet, arterial təzyiq, qanda xolesterolun miqdarının artması baş verə bilir.
Piylənmə uşaqların psixologiyasına da mənfi təsir edir. Piylənmədən əziyyət çəkən uşaqlar özünə qapalı olurlar və tez depressiyaya düşürlər.
Uşaqlarda piylənmə ilə mübarizə aparmaq üçün bütün ailə üzvlərinin onunla birgə əmək sərf etməsi lazımdır. Mütəxəssislər beə uşaqları olan ailəyə hamılıqla birgə sağlam həyat tərzi yaşamağa başlamağı məsləhət görürlər. Onlar bütün ailənin bir süfrədə və piylənməyə səbəb olmayan qidalarla qidalanmağı tövsiyə edirlər. Mütəxəsisslər bütün ailə üzvlərinin birlikdə piyada gəzintiyə getməyini, birlikdə fiziki əməklə məşğul olmağının uşağa çox faydalı olacağını söyləyirlər. Ailə üzvlərinin uşaqla birlikdə etdikləri, uşaq üçün bir stimul olacaq və o hətta arıqlamağa könüllü olaraq razılıq verəcək.
Artıq piylənmədən əziyyət çəkən uşağı olan hər bir valideyin öz övladının gələcək sağlamlığı üçün onun çəkisinin normaya düşməsi üçün əlindən gələni etməlidir.
Milli.Az


Tags:  Uşaqlarda piylənmə

RƏYLƏR


Top news