Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiya Yəmənə humanitar yardım göndərəcək

Rusiya Yəmənə humanitar yardım göndərəcək

Date: 10 November 2016 21:37

Bakı. 10 noyabr. REPORT.AZ/ Rusiya Yəmənin hərbi münaqişə zonasına növbəti humanitar yardım partiyası göndərməyi planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
Diplomat bildirib ki, Rusiya bölgənin dəniz və havadan blokadasının aradan qaldırılmasının tərəfdarıdır.
"Moskva davamlı olaraq beynəlxalq ictimaiyyət tərəfindən Yəmən Respublikasında fəlakətli sosial-iqtisadi vəziyyətin yüngülləşdirilməsi üzrə təxirəsalınmaz tədbirlərin qəbul edilməsi, bu ölkənin bütün bölgələrinə maneəsiz humanitar yardımın göndərilməsinin təmin edilməsi mövqeyindən çıxış edir", - deyə o qeyd edib.


Tags:  Rusiya Yəmənə humanitar yardım göndərəcək

RƏYLƏR


Top news