Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Araz Ağalarovun sərgi mərkəzini partlatmaq istəyən tutuldu

Araz Ağalarovun sərgi mərkəzini partlatmaq istəyən tutuldu

Bakıda məscidi partlatmaq istəyən terrorçudan XƏBƏR VAR (18 Mart 2017 10:22)
Azərbaycanın iş adamları Yaponiyada sərgi və konfransa qatılacaqlar (14 Mart 2017 19:42)

Tarix: 10 Noyabr 2016 21:42

Moskvada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus "Krokus Ekspo" sərgi mərkəzində partlayıcı qurğu yerləşdirməkdə şübhəli bilinən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "TASS"a Moskva vilayəti Krasnoqorski şəhər məhkəməsinin mətbuat katibi Natalya Osipova bildirib.

"Məhkəmə istintaqın vəsatəti əsasında dekabrın 12-dək Şaiq Məhəmmədov barəsində həbs qətimkan tədbiri seçib", -deyə Osipova bildirib.  

Ş.Məhəmmədova qarşı Rusiya CM-nin 167-ci maddəsi üzrə ittiham irəli sürülüb. Bu ittiham üzrə Ş.Məhəmmədov beş ilədək azadlıqdan məhrum edilə bilər.  

Qeyd edək ki, oktyabrın 7-də Moskvada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus sərgi mərkəzində partlayıcı qurğu tapılıb. Hüquq-mühafizə orqanlarının məlumatında əldəqayırma partlayıcı qurğunun çantaya qoyulduğu və sərgi mərkəzində yerləşən tualetlərin birinə yerləşdirildiyi bildirilib.

Milli.Az


Teqlər:  Araz Ağalarovun sərgi mərkəzini partlatmaq istəyən tutuldu



RƏYLƏR


Top xəbərlər