Şikəst uşağın hərəmdə möcüzəli şəfası

Şikəst uşağın hərəmdə möcüzəli şəfası
21:47 10 Noyabr 2016
149 Ölkə
Ölkə mətbuatı
A- A+

Abbas Muhəmmədəli Keşvan Əhli-Beytə (ə) salavat göndərdikdən sonra deyir: "Mən Qəməri-Bəni-Haşim (ə) hərəminin ən kiçik xadimlərindən biriyəm və atam tərəfdən 12 nəsil bu hərəmdə xidmət etmişik. 12 nəslim bu hərəmin açarını daşıyan olublar. Nə zaman biri vəfat etsəydi, oğlu bu işi davam etdirərdi.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, müqəddəs hərəmin açarı həmişə bizim əlimizdə olmuşdur və mən də 35 ildir ki, burada xidmət edir və açarı saxlayıram. Burada elə hadisələrin şahidi olmuşam ki, atalarımdan eşitməmişəm, öz gözlərimlə görmüşəm.
Təxminən 30 il əvvəl cümə günündə hərəmdə əyləşmişdim və gecə düşmüşdü. Bir səhra ərəbi hərəmə daxil oldu və əlində əlil bir uşaq var idi ki, 8 yaşında olardı. Əlil olduğu üçün hərəkət edə bilmirdi, hətta danışa bilmirdi. Bir tikə ət kimi atasının əlində dayanmışdı.
Gecə saat birin yarısı idi və bu ərəb öz ləhcəsi ilə Həzrətlə (ə) söhbət edir və gileylənirdi. O, deyirdi: "Ağam, Əbülfəzl! Mən səndən sağlam övlad istəmişdim, ancaq naqis övlad verdin. Nə faydası vardır. Mən səkkiz ildir ki, bu uşağa düçar olmuşam. İndi bu uşağı götür, sənin üçün olsun".
Gördüm ki, bu ərəb uşağı hərəmin zirehinə tərəf elə atdı ki, başının dəmirə dəymək səsi eşidildi. O kəslər ki, hərəmin bayırında əyləşmişdilər, maraqlandılar ki, bu nə səsdir. Ata uşağı atandan sonra sürətlə çıxıb getdi.
Bu mənzərəni görüb çox narahat oldum və öz-özümə dedim: "Ey həyası olmayan! Bu nə işdir edirsən?". Uşağın atasını tapa bilmədim və uşağı qucağıma alıb çoxlu ağladım. Öz-özümə dedim: "Bu xəstə uşağın nə günahı vardır?!" və başını qucağıma götürdüm.
Gecə yarısı gəlib çatdı və uşaq mənim qucağımda idi. Hiss etdim ki, ayaq barmaqlarını tərpətməyə başladı. Əvvəl elə bildim ki, mənə belə görünür. Ona görə də gözlərimi ovuşdurdum. Ancaq ayaqlarını tərpədirdi. Ağlamağa başladım və gördüm ki, gözünün birini açdı. Sonra o biri gözünü açdı və mənə dedi: "Atam və anam haradadır?".
Bu zaman hərəmin başqa xadimlərini çağırdım ki, görsünlər mənim gördüklərim həqiqətdirmi? Bu uşağın ata və anası səhra ərəblərindən idilər ki, əkinçiliklə məşğul olurdular. Uşaq gözlərini açandan sonra atasını axtarmağa başladı. Bütün bədənini tərpədir və danışırdı. Mən başa düşdüm ki, möcüzə olmuşdur və Həzrət (ə) ona şəfa vermişdir.
Əbamı onun üstünə atdım və onu üç dəfə hərəmin ətrafında dolandırdım. Onu bir otağa apardım və bu hadisəni mərcəyi-təqlidə xəbər verdim və elan etdim ki, möcüzə olmuşdur. Bu uşağı minbərə qoydum və yanında əyləşdim.
Ondan soruşdum: "Atan səni atan zaman başın ağrımadı?". Dedi: "Heç başa düşməmişəm. Ancaq anidən gördüm ki, iki kəsilmiş əl zirehdən bayıra çıxdı və məni qucaqladı. Başımı qucağına aldı və o iki əli ilə əvvəl ayaqlarıma, sonra əllərimə, başıma və gözlərimə məsh çəkdi. Hiss etdim ki, əlillikdən əsər qalmamışdır".
Bu macəradan sonra atası gəlib çıxdı. Dedi: "Ya Əbülfəzl! Niyə bu qədər gecikdirdin və niyə tez şəfa vermədin?".
Ağam Əbülfəzlin (ə) əlləri biz Əhli-Beyt (ə) davamçılarının da başında qərar tutsun və Allah bizlərə dünya və axirətdə xeyir əta etsin!".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/487923.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR