Niyə Quranda Adəm Peyğəmbərin (ə) yerə endirildiyi buyurulub?

Niyə Quranda Adəm Peyğəmbərin (ə) yerə endirildiyi buyurulub?
21:57 10 Noyabr 2016
242 Ölkə
Ölkə mətbuatı
A- A+

Hədislərdən və İslam əqidəsi barədə biliklərdən məlum olur ki, Həzrət Adəmin (ə) yerə enməzdən əvvəl yaşadığı "cənnət" adlı məkan mömin insanların düşəcəyi cənnət deyildi. Ərəb dilində "cənnət" bağça deməkdir.

Milli.Az islam.az-a istinadən bildirir ki, Adəm Peyğəmbərin (ə) qaldığı yer yaşıllıq olduğu üçün Quran həmin məkanı cənnət adlandırır. Bizim anladığımız cənnət yaxşı əməllərin müqabilində möminlərə veriləcək. Həmin cənnətə qiyamətdən sonra, əməllər hesablandıqdan sonra möminlər girəcəklər. Qiyamətdən əvvəl ora giriş yoxdur. Həzrət Adəm (ə) heç bir savab etmədən, yaradılan kimi həmin cənnətə aparıla bilməzdi. İkincisi, Adəmin (ə) olduğu cənnət bağına Şeytan da daxil olub. Amma kafirlər əsil cənnətə daxil ola bilməzlər. Deməli, həmin məkan mükafat kimi verilən cənnət deyildi.

Adəm (ə) və Həvvanın həmin cənnətdən çıxarılıb yerə göndərilməsi Quranda "hübut" kəlməsi ilə ifadə olunub. Bu, fiziki mənada yuxarıdan aşağı atılmaq deyil, üstün məqamdan aşağı dərəcəyə endirilmək deməkdir. Onlar Allahın tövsiyəsini pozub, tərki-övla etdikləri üçün, yəni öz səviyyələrinə uyğun olmayan hərəkətə yol verdikləri üçün, məqam baxımından əskildilər və maddi dünyaya düşdülər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/487942.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR