Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Bakıda prokuror qardaşının cinayətinə göz yumdu

Bakıda prokuror qardaşının cinayətinə göz yumdu

Date: 10 November 2016 22:05

Bakı Şəhər Prokurorluğunun əməkdaşı işdən çıxarılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Bakı şəhər Prokurorluğunda istintaqa nəzarət şöbəsinin prokuroru Elçin Ələkbərov prokuror vəzifəsinə yaraşmayan hərəkətlərə yol verdiyi üçün orqandan xaric edilib.

Məlumata görə, E. Ələkbərov qardaşının törətdiyi cinayətin qarşısını almadığı üçün işdən çıxarılıb. Belə ki, onun qardaşı Emin Ələkbərli Bakı şəhər sakini Nicat Quliyevi döyüb. Hadisə baş verən zaman Elçin Ələkbərov da orada olub. O, hadisənin şahidi olsa da, vəzifə borcunu yerinə yetirməyərək cinayətin qarşısını almayıb.

Onu da əlavə edək ki, sabiq prokurorun qardaşı E. Ələkbərlinin N. Quliyevi döyməsi faktı ilə bağlı başlanmış cinayət işinin istintaqı yekunlaşaraq məhkəməyə göndərilib.

Hazırda həmin iş üzrə məhkəmə gedir.

Milli.Az


Tags:  Bakıda prokuror qardaşının cinayətinə göz yumdu

RƏYLƏR


Top news