“O səs Türkiyə”yə gedənlər: “Nə day-dayları, nə də pulları var”

“O səs Türkiyə”yə gedənlər: “Nə day-dayları, nə də pulları var”
22:05 10 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı gənc ifaçıların "O səs Türkiyə" müsabiqəsinə üz tutması müzakirələrə səbəb olub. Tamaşaçıların əksəriyyəti onları alqışlasa da, bir çoxları bildirirlər ki, istedadı olan şəxslər özünü vətənində də tanıda bilər, bunun üçün Türkiyəyə üz tutmaq yersizdir. Müsabiqə iştirakçıları isə Azərbaycanda efirə çıxmağın çətin olduğunu, onlardan müəyyən məbləğdə pul tələb etdiklərini, "O səs Türkiyə"nin onlar üçün bir şans olduğunu qeyd edirlər.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bəstəkar Sevinc Tofiqqızının dediyinə görə, istedadlı gənclərin ölkənin adını ucaltdığı istənilən layihədə yer alması alqışlanacaq haldır: "Mən istəsəydim, birinci xarici ölkələrdə tanınardım. Amma mən vətənimi seçdim. Vətənpərvər xanımam, azərbaycanlı olduğum üçün fəxr edirəm. İstəyirdim ki, birinci öz ölkəmdə tanınım və buna nail oldum. Azərbaycanda tanındıqdan sonra xarici ölkələrə üz tutdum, konsertlər verdim, vacib tədbirlərdə iştirak etdim, ölkəmi gözəl şəkildə təmsil etdim. Bu, mənim üçün qürurdur. İstedadı olan gec-tez, əziyyətlə olsa da, tanınır. Mən də ölkəmdə film, klip çəkdirirəm, vətənpərvərlik mövzusunda mahnılar yazıram. Öncə burada, sonra xaricdə onları təqdim edirəm. Gənclərin "O səs Türkiyə" müsabiqəsinə üz tutması qəbahət deyil. Orada Azərbaycan vətəndaşı olduqlarını bildirirlər, ölkənin adını ucaldırlar. Azərbaycanın adına uğur qazandıran gənclərin addımları yüksək qiymətləndirilməlidir. Mən müsabiqəni izləyirəm, Azərbaycanın adı gələndə sevinirəm, gözüm yaşarır. İstedadlı gənclərə dəstək olmaq lazımdır. Onların uğuru bizim uğurumuzdur".

Sənətşünas Xəyalə Rəis vurğulayıb ki, "O səs Türkiyə" Azərbaycanda az tanınan və səsinə güvənən ifaçılar üçün əsl sənət meydanıdır: "O səs Türkiyə" əsl meydandır. Çünki bizdə efirə çıxmaq üçün ilk növbədə külli miqdarda pul lazımdır. Efirə çıxmaq mahnı yazdırmaq, PR işləri ilə məşğul olmaq üçün yaxşı sponsora ehtiyac var. Məlum məsələdir ki, indi sponsorlar kimlərə və hansı əməyin qarşılığında köməklik edirlər. Bunun üçün səsi olan ifaçıya o meydan özlərini sübut etmək üçün ən böyük arenadır. Çünki bilirlər ki, həmin arenada çıxış etsələr, həm pul xərcləmədən Azərbaycanda tanınacaq, həm də Türkiyədə prodakşınlar tərəfindən təkliflər alacaq. Təklif dedikdə onlar ifaçını götürür, sıfırdan onu yetişdirir, PR-ı ilə məşğul olur və dünyada tanıdır. İfaçı tanınandan sonra onun üzərindən pul qazanırlar. Burda onlara kim pul buraxacaq? Hətta beynəlxalq müsabiqələrə gedən ifaçılarımız gələndən sonra passivləşir. Onları da qınamaq olmur. Nə etsinlər? Kiçik klublarda mahnı oxuyurlar. Daha Telli Borçalı ilə eyni efirə çıxıb, saz döyüşdürməyəcəklər ki... Beynəlxalq arenalarda səsi ilə dünyanı lərzəyə gətirən ifaçılarımızı tanımalıyıq. Lakin bu günün tamaşaçısı öz ifaçılarını tanımaq istəmir. Bu işdə əsas günahkarlar televiziyalarımızdır. Çünki televiziya tamaşaçıya nə verirsə, tamaşaçı da onu qəbul edir. Nə vaxta qədər efirlərimizdə toy mahnıları olacaqsa, biz "O səs Türkiyə" kimi layihələrə ağzı açıq baxacağıq. "O səs Türkiyə"yə gedən, orada tanınan hansı ifaçılarımızı bir dəfə efirlərimizdə görmüsünüz? Görə bilməzsiniz. Çünki onların nə day-dayları, nə də pulu yoxdur".

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycan məscidlərində Ramazan bayramı namazı qılınıb

26 İyun 2017 09:32

Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür

26 İyun 2017 09:29

Bayram namazı qılındı

26 İyun 2017 09:27

Ramazan münasibətilə bayram namazı qılınıb

26 İyun 2017 09:24

Yaponiya Qətərə görə xahiş etdi

26 İyun 2017 09:23

Rusiyada meşələr yanır

26 İyun 2017 09:17

Tarkan üçün soyunan qızlar, rəisin kabinetindəki Nigar Camal, Səmədin "kürləməyi" - HƏFTƏBECƏR

26 İyun 2017 09:17

"Allah onun cəzasını versin..."

26 İyun 2017 09:17

Monqollar bu gün prezident seçir

26 İyun 2017 09:11

Buxarestdə yeni restoran - FOTO

26 İyun 2017 09:05

Bu gün Strasburqda AŞPA-nın yay sessiyası başlayır

26 İyun 2017 09:02

İŞİD tərəfdarları Trampı hədələdi

26 İyun 2017 08:53

"Ronalduya "Yuventus"da yer tapılar"

26 İyun 2017 08:52

Azərbaycanda Ramazan bayramı qeyd olunur -

26 İyun 2017 08:49

Ağır yol qəzası: 12 ölü, 30 yaralı

26 İyun 2017 08:48

Londonda etirazçılarla polis arasında toqquşma olub: xəsarət alanlar var

26 İyun 2017 08:47

Kompüteriniz üçün maraqlı şəkillər - FOTOSESSİYA

26 İyun 2017 08:47

"Onu əvəzləmək çətin olacaq"

26 İyun 2017 08:42

Ruslardan "Kara sevda"ya etiraz

26 İyun 2017 08:42

Azəri qızı Günel əməliyyat olundu - FOTO

26 İyun 2017 08:42

Meksikada restoranda silahlı hücum: 11 ölü

26 İyun 2017 08:37

Bərdədə intihara cəhd hadisəsi baş verib - FOTO

26 İyun 2017 08:37

Hava proqnozunun aparıcısını KÜLƏK APARDI - VİDEO

26 İyun 2017 08:33

29 yaşlı oğlan alkoqoldan zəhərlənib

26 İyun 2017 08:32

İskəndərə meydan oxuyan, çəlləkdə yaşayan, çılpaq insan axtaran filosof - FOTO

26 İyun 2017 08:32

26 yaşlı oğlan bıçaqlanıb

26 İyun 2017 08:32

ABŞ-da meşə yanğınları nəticəsində 1,5 min nəfər evakuasiya edilib

26 İyun 2017 08:32

Meraya Keri Bakıda konsertlə çıxış edib FOTOSESSİYA

26 İyun 2017 08:29

38 yaşlı qadın pomidordan zəhərlənib

26 İyun 2017 08:27

Yüksək sürətlə hərəkət edən avtomobili saxlayaraq narazılığını bildirib, döyülüb

26 İyun 2017 08:22

Argentinada qəza nəticəsində azı 12 nəfər ölüb, 20 xəsarət alıb

26 İyun 2017 08:22

Qadın ağacdan yıxılaraq onurğa sütununu sındırdı

26 İyun 2017 08:22

"Yaxşı təklif alsam..."

26 İyun 2017 08:22

Kiçik yaşlarında milyonlar qazanan UŞAQLAR: İNANILMAZ FAKTLAR - FOTO

26 İyun 2017 08:17

Göyərtəsində 150 turist olan qayıq batıb

26 İyun 2017 08:12

KİV: Cənubi Koreyanın sabiq rəhbərliyi Kim Çen Inın öldürülməsini planlaşdırıb

26 İyun 2017 08:12

İsrail hərbçiləri Suriyaya hücum etdi -

26 İyun 2017 08:10

Xərçəngdən qoruyan yeni DƏRMAN

26 İyun 2017 08:05

Bakıda estetik əməliyyata girən 22 yaşlı model öldü

26 İyun 2017 08:03

İran Rusiyalı turistlər üçün vizaları ləğv edib

26 İyun 2017 07:57

Hər gün 1 qaşıq darçınlı bal yeməyin faydaları

26 İyun 2017 07:52

Monqolustanda bu gün prezident seçkiləri keçiriləcək

26 İyun 2017 07:43

"Bekhemi uzun müddət gözlədik, sonra Ronaldinyonu transfer etdik"

26 İyun 2017 07:42

Valideynlər övladlarını belə yamsıladılar - FOTO

26 İyun 2017 07:37

"Türkiyədən təklif almışdım, amma..."

26 İyun 2017 07:32

Çimərlikdə köpək balığı göründü - İnsanlar təxliyə edildi

26 İyun 2017 07:23

Yediyiniz meyvələrin tərkibindən xəbəriniz varmı? - SİYAHI

26 İyun 2017 07:22

Sakit okeanda zəlzələ baş verdi -

26 İyun 2017 07:20

"Qalatasaray"ın futbolçusu: "Fənərbağça"nın qapısına mütləq qol vuracam"

26 İyun 2017 07:17

Dünyanın ən heyrətamiz çimərlikləri - FOTO

26 İyun 2017 07:12