Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dəniz yosunu diş çürüməsinin qarşısını alır

Dəniz yosunu diş çürüməsinin qarşısını alır

Date: 10 November 2016 22:12

Dəniz yosununun mikrob fermentlərini diş pastası və ya qarqaraya əlavə etmək dişləri çürüməkdən qoruyur.

İngiltərədəki Nyukastl Universitetində bu sahədə araşdırma aparan tədqiqatçılar, "basillus liçeniformis" fermentinin, gəmilərin gövdə hissəsini təmizləyib yoxsa təmizləmədiyini araşdırırdılar.
 
Milli.Az deyerler.org-a istinadən bildirir ki, elm adamları, bu fermentin diş fırçasının belə təmizləmədiyi yerləri təmizləyəcəyini, diş daşlaşmasından qoruyacağını açıqlayıblar.
 
Laboratoriya hesabatlarına görə, yosunun mikroblarındakı maddələr dişdəki daşları məhv edərək, dişin çürüməsinə səbəb olan bakteriyaları əngəlləyirlər.
 
Diş daşları çox müxtəlif çürüyən bakteriyalardan ibarətdir. Bu bakteriyalar öləndə dişin səthində bir biyofilm yaradırlar.
 
Doktor Yakuboviçs bildirib ki, diş çürüdən zərərli streptokokkus mutans bakteriyası dişə olduqca zərər verir. Bu səbəbdən də, dəniz yosunu tərkibindəki maddələr sayəsində həm dişdəki daşlardan, həm də bakteriyalardan qurtulmağı təmin edir.

Milli.Az


Tags:  Dəniz yosunu diş çürüməsinin qarşısını alır

RƏYLƏR


Top news