Həzmə kömək edən, immuniteti gücləndirən, arıqladan... bitki

Həzmə kömək edən, immuniteti gücləndirən, arıqladan... bitki
22:12 10 Noyabr 2016
292 Ölkə
Ölkə mətbuatı
A- A+

Təzə limon suyu tərkibindəki antioksidantlar və xərçəngə qarşı maddələri sayəsində əsrlərdir müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur. Eyni zamanda, dərini təmizləyir. Limon suyu tərkibindəki C vitamini ilə bədəni toksinlərdən təmizləyir və beyin fəaliyyətini yüksəldir.

Milli.Az lent.az-a istinadən limon suyunun çoxlarına məlum olmayan faydaları ilə sizi tanış edir.
Limonun ən əhəmiyyətli faydalarından biri zehni gümrah saxlamağa kömək etməsidir.
Günortadan sonra enerji itkisi hiss edirsinizsə, limon suyundan faydalana bilərsiniz. Sadəcə olaraq əllərinizin bilək hissəsinə bir neçə damcı limon suyu damcıladın və yüngülcə ovun. Bununla yaddaş, diqqət və dil-ağız kimi zehni funksiyalarınızı dinamik saxlayarsınız.
 
Limon suyunun digər faydalarını bu cür sıralamaq olar:
 
1. Həzmə kömək edir. Limon suyu həzm sistemini toksinlərdən təmizləyir, mədədəki göynəmə və köp kimi narahatlıqlara müsbət təsir edir.
 
2. Arıqlamağa kömək olur. Nizamlı olaraq ilıq limonlu su içdikdə mədənin turşuluq nisbəti tənzimlənir. Mədə turşusu yüksək olan insanlar davamlı yemək istəməklə mədəni sakitləşdirməyə çalışırlar. Bu da qısa müddətdə acmağa və kökəlməyə səbəb olur. Limonun içərisində olan pektin lifi isə acmaq hissini gecikdirir.
 
3. İmmunitet sistemini gücləndirir. Stress immunitet sistemini zəiflədir. Buna görə də immunitet sistemini dəstəkləyən C vitaminli qidalar yemək stressli vaxtlarınızda prioritet olmalıdır. Limon da mükəmməl bir C vitamini qaynağıdır.
 
4. Nəfəsi təravətləndirir. Diş əti iltihablarına və diş ağrılarına yaxşı təsir etdiyi kimi ağızdan pis qoxu gəlməsinin də qarşısını alır. Ancaq diş minasına zərər vermək istəmirsinizsə, limonu birbaşa yeməyin. Limonlu su içdikdən sonra dişlərinizi fırçalasanız, daha faydalı olar.
 
5. Ph dəyərini tarazlayır. Limon qələvi qidalardan biridir və tərkibində olan sitrik turşusu həzmdə turşuluq yaratmır. Hər gün limonlu su içsəniz, bədəninizin ümumi turşuluq nisbəti müəyyən müddət sonra düşər. Eyni zamanda, oynaqlarda yığılan urik turşu limon sayəsində yox olur.
 
6. Enerjini artırır. Limon suyu sinir sistemində sakitlik, depressiya və narahatlığa yaxşı təsir edərək xoşbəxtlik hissi yaradır. Bunun sayəsində isə insan özünü daha gümrah hiss edir. Limon həzm sisteminə daxil olan kimi bədənə enerji verir.
 
7. Viral infeksiyalarla mübarizə aparır. İlıq limon suyu boğaz ağrısı, soyuqdəymə kimi simptomların azalması üçün olduqca təsirlidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/488219.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR