Obama Trampla şəkil çəkdirməkdən imtina etdi

Obama Trampla şəkil çəkdirməkdən imtina etdi
22:34 10 Noyabr 2016
215 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın hazırkı prezidenti Barak Obama ölkənin yeni seçilmiş rəhbəri Donald Trampla Ağ Evdə birgə şəkil çəkdirmə mərasimindən imtina edib. Bu barədə APA  “Wall Street Journal”  nəşrinə istinadən xəbər verir.

 

ABŞ-ın hazırkı və yeni seçilmiş prezidentlərinin Ağ Evin qarşısındakı Cənub çəmənlikdə birgə şəkil çəkdirmə ənənəsi uzun tarixə malikdir. 2008-ci ildə Corc Buş analoji vəziyyətdə Obama ilə şəkil çəkdirmişdilər.  

 

Xatırladaq ki, seçkiqabağı kampaniya dövründə Obama və Tramp arasında sərt polemika baş vermişdi. Hillari Klintonu fəal dəstəkləyən B.Obama Trampın “Ağ Evə yaraşmadığını”, “lazımi təcrübəyə malik olmadığını” və  “nüvə çamadanın ona həvalə etməyin” təhlükəli olduğunu bildirmişdi.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259126

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR