Obama Trampla şəkil çəkdirmək istəmədi

Obama Trampla şəkil çəkdirmək istəmədi
22:42 10 Noyabr 2016
162 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın hazırkı prezidenti Barak Obama ölkənin yeni seçilmiş rəhbəri Donald Trampla Ağ Evdə birgə şəkil çəkdirmə mərasimindən imtina edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ABŞ-ın hazırkı və yeni seçilmiş prezidentlərinin Ağ Evin qarşısındakı Cənub çəmənlikdə birgə şəkil çəkdirmə ənənəsi uzun tarixə malikdir. 2008-ci ildə Corc Buş analoji vəziyyətdə Obama ilə şəkil çəkdirmişdilər.  
 
Xatırladaq ki, seçkiqabağı kampaniya dövründə Obama və Tramp arasında sərt polemika baş vermişdi. Hillari Klintonu fəal dəstəkləyən B.Obama Trampın "Ağ Evə yaraşmadığını", "lazımi təcrübəyə malik olmadığını" və  "nüvə çamadanın ona həvalə etməyin" təhlükəli olduğunu bildirmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/488285.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR