Musa Peyğəmbərin qardaşı Harun da inək heykəlinə sitayiş edirdimi?

Musa Peyğəmbərin qardaşı Harun da inək heykəlinə sitayiş edirdimi?
22:52 10 Noyabr 2016
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Musa Peyğəmbərin (ə) qardaşı Harun da ümmətin qızıldan düzəltdiyi inək heykəlinə sitayiş edirdimi?

Həzrət Musa Peyğəmbər (ə) Sina dağına Allahdan vəhy almaq üçün gedəndə qardaşı Harunu (ə) ümmətə canişin qoymuşdu. Musanın (ə) uzaqda olmasından istifadə edən Bəni-İsraildən Samiri adlı bir nəfər camaatı yenidən bütpərəstliyə qaytarmaq fikrinə düşdü. O, adamları razı saldı ki, bütün qızıllarını ona versinlər. Samiri qızılları əridib buzov heykəli düzəltdi. Bəni-İsrail qızıl buzov bütünə pərəstiş etməyə başladı. Həzrət Musa (ə) qayıdanda ümmətin vəziyyətindən dəhşətə gəldi, bütü sındırdı, Samirini də lənətləyib qovdu.

Milli.Az islam.az-a istinadən bildirir ki, Quran ayələrindən məlum olur ki, Həzrət Harun (ə) Samiriyə qarşı müqavimət göstərmiş, amma onun fitnəsinin qarşısını ala bilməmişdi. Bunu Harunla (ə) Musanın (ə) söhbəti də sübut edir. Quranda buyurulur ki, Musa Peyğəmbər (ə) baş verənlər barədə qardaşı Harunu (ə) sorğu-suala tutanda, o belə söyləmişdi: "Ey anam oğlu! Bu tayfa məni zəif bilib az qaldı ki, öldürə" (Əraf, 150). Həzrət Musa (ə) onun sözlərinin doğru olduğunu bildiyi üçün belə dua etmişdi: "Ey Rəbbim! Məni də, qardaşımı da bağışla. Bizi Öz mərhəmətin altına al. Sən rəhm edənlərin ən rəhmlisisən!" (Əraf, 151). Aydın göründüyü kimi, Harun Peyğəmbər (ə) Bəni-İsrailin qızıl buzova pərəstiş etməsinə görə günahkar deyildi və onların əqidəsini bölüşmürdü.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/487939.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR