Tramp və Obama görüşlərindən danışdılar

Tramp və Obama görüşlərindən danışdılar
23:09 10 Noyabr 2016
103 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın hazırkı prezidenti Barak Obama və ölkənin yeni seçilmiş rəhbəri Donald Tramp arasında Ağ Evdə təşkil olunan görüş başa çatıb.

 

APA-nın xəbərinə görə, bu barədə CNN telekanalı məlumat yayıb.   

 

“Biz müxtəlif məsələləri müzakirə etdik, onların arasında mürəkkəb məsələlər də var idi. Mən ümidvaram ki, biz prezidentlə gələcəkdə də çalışacağıq”, - deyə Tramp bildirib. O, prezidentliyi dövründə məsləhət üçün Barak Obamaya müraciət edəcəyini bildirib.     

 

Obama, öz növbəsində, görüşün möhtəşəm keçdiyini bildirib. Onun sözlərinə görə, görüşdə daxili və xarici siyasətə dair məsələlər müzakirə olunub: “Tramp administrasiyasının fəaliyyətinin uğurlu olacaqsa, bundan bütün ölkə qazanacaq”    

 

“Hakimiyyətin sakit ötürülməsi qarşıdakı iki ay ərzində mənim üçün əsas prioritet vəzifədir. Mən inanıram ki, biz bacaracağıq, birlikdə olmaq, birlikdə çalışmaq və birlikdə çətinliklərə sinə gəlmək hamımız üçün vacibdir”, - deyə Obama qeyd.  

 

Qeyd edək ki, görüşün müddəti 10-15 dəqiqəlik planlaşdırılsa da, 90 dəqiqə çəkib.

 

ABŞ-ın yeni prezidentinin andiçmə mərasimi 2017-ci ilin yanvarın 20-də keçiriləcək.   


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259127

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR