Trampın ailə üzvləri: onlar kimlərdir? - FOTO

Trampın ailə üzvləri: onlar kimlərdir? - FOTO
23:27 10 Noyabr 2016
549 Dünya
Ölkə mətbuatı
A- A+

Donald Tramp özünün qələbə nitqini New York otelinin ziyafət salonunda arvadı və böyük ailəsinin əhatəsində edib. Elə isə Birləşmiş Ştatların yeni birinci ailəsinə kimlər daxildir?

1. Barron Tramp Donald və Melanyanın hazırkı evliliyindən yeganə ortaq övladıdır. Milli.Az BBC-yə istinadən bildirir ki, kampaniya ərzində 10 yaşlı Barron ara-sıra gözə dəyib, lakin onu əsasən kənar nəzərlərdən gizlədiblər. O atası ilə qolf oynayır və deyilənə görə anasının ana dili olan Sloven dilində səlis danışa bilir.

2. Melanya Tramp Sloveniyada doğulub, keçmişdə model kimi çalışıb. Donald Trampla 2005-ci ildən evlidir. 2016-cı ilin iyul ayında Respublikaçı Partiyanın qurultayında etdiyi çıxışı ilə xəbər başlıqlarına çıxmışdı. Onu öz çıxışını Mişel Obamanın 2008-ci il nitqindən plagiat yolu ilə köçürməkdə ittiham etmişdilər. Melanya ötən oktyabrda CNN telekanalına müsahibəsində "ərinizin hansı xasiyyətini dəyişmək istərdiniz" sualına "onun tvitləməsini" cavabını vermişdi.

3. Jared Kuşner Donaldın böyük qızı İvankanın əridir. Cənab Kushner tanınmış Nyu-York inşaatçısının oğludur. O on ildir ki, Nyu-Yorkda çıxan həftəlik Observer qəzetinin sahibidir. Cənab Kuşner yəhudidir və deyilənə görə bununla əlaqədar hətta öz ailəsini də əsəbiləşdirən hərəkətə yol verib. O Donald Trampı Hillari Klintonun hücumlarından qoruyarkən yazdığı tvitdə Davudun altıgüşəli ulduzundan istifadə edib. Öz qəzetində yazdığı məqalədə Kuşner qeyd edirdi: "Mənim qaynatam antisemit deyil". Daha sonra yazırdı: "Mənimlə jurnalistlərin və Tvitter qaragüruhunun arasında olan fərq budur ki, onlar mənim qaynatamı tanımırlar, mənsə tanıyıram".

4. Ivanka Tramp Donald Trampın uşaqları arasında yəqin ki, ən məşhurudur. O Trampın İvana ilə evliyiliyindən olan tək qız övladıdır. O yeniyetməlik illərində modellik edib, amma indi Tramp təşkilatının vitse-prezidentidir. İvanka bundan başqa atasının Apprentice televiziya şousunda aparıcılıq edib. O, 2009-cu ildə Jared-lə evlənəndə yəhudiliyi qəbul edib. Respublikaçıların qurultayında etdiyi çıxışda İvanka atasının qadınlara dəstəyi barədə danışıb. "Özüm üç uşaq anası kimi bilirəm ki, uşaq böyüdən qadının işləməsi nə qədər ağırdır. Onu da bilirəm ki, mənim bu işdə bəxtim başqalarından çox gətirib. Amerika ailələrinə dəstək lazımdır. Uşaqlı qadınlara tərəqqi imkanı verən siyasətlər istisna yox, norma olmalıdır" - deyib İvanka.

5. Tiffani Tramp Donald Trampın ikinci arvadı Marla Maplesdən olan qızıdır. O keçmiş aktrisa və teleşou ulduzudur. Twitter və İnstagram-ın azarkeşidir. Bu platformalarda özünün qlamur həyat tərzini əks etdirən fotolarını nümayiş etdirir. O seçki zamanı o qədər də nəzərə çapmayıb, hərçənd qurultayda etdiyi "fantastik" çıxışına görə atasından "afərin" qazanıb.

6. Vanessa Tramp (qızlıq soyadı Heydon) oğul Donald Trampla 2005-ci ilin noyabrında evlənib. Onların, (şəkildəki) səkkiz yaşlı Kai da daxil beş övladı var. Vanessa uşaqlıq illərində modellik edib və bir vaxtlar Leonardo Di Kaprio ilə görüşürmüş. O qayını Erikin xeyriyyə təşkilatının icraiyyə komitəsində çalışır. Vanessa evdə silah saxlayır və tapança səsboğucuları istehsal edən SilencerCo şirkətinin məlumatına görə gizli silah gəzdirmək lisenziyası var. Tez-tez atıcılıq məşqlərinə gedir.

7. Kay Tramp Vanessa və oğul Trampın beş övladından ən böyüyüdür.

8. Oğul Donald Tramp Donald Trampın İvanadan olan böyük oğludur. O hazırda Tramp təşkilatının icraçı vitse-prezidentidir. O bir moda tədbirində atasının onunla tanış etdiyi Vanessa Heydonla evlənib. Onun da yaşa dolması qalmaqallarsız ötüşməyib. Onun və qardaşı Eric-in ovçuluğa həvəsi qardaşların öldürülmüş heyvanlarla çəkdirdikləri şəkillər internetə çıxandan sonra kəskin pislənib. Şəkillərdən birində bala Donald əlində kəsilmiş fil quyruğu ilə görünür.

9. Erik Tramp cənab Trampın İvana ilə evliliyindən üçüncü övladıdır. Qalan bacı-qardaşçları kimi o da Tramp təşkilatının vitse-prezidentlərindən biridir. O Virginia-da yerləşən Tramp Winery şirkətinin və dünya boyunca Tramp qolf klublarının prezidentidir. O həmçinin 2006-cı ildə Eric Tramp Foundation fondunu yaradıb və uşaqlarda qorxulu xəstəliklərin araşdırılması ilə məşğul olan xəstəxanaya 28 milyon dollar ayırdığını elan edib. Qardaşı gənc Donald kimi Eric də 2010-cu ildə Zimbabve-də çıxdığı ov turuna görə tənqid edilir. Belə güman edilir ki, ola bilsin Eric seçki günü "atama səs vermək fövqəladə şərəfdir" tvitini yazmaqla ölkənin seçki qanununu pozub.

10. Lara Yunaska keçmiş televiziya prodüseri və atsürmə idmanının heyranıdır. Eric-lə 2014-cü ildə evlənib. O toya iki gün qalmış atdan yıxılaraq iki biləyini də sındırmışdı. Bu toyda kəbini Jared Kushner kəsib. Cütün hələlik övladı yoxdur, amma itləri var. Lara həm də Tramp Fondunda iştirakçıdır. Bu fond Amerikanın ən böyük xeyriyyə cəmiyyətlərindən biridir. Lara noyabrın 6-da Fox News televiziyasına deyib: "Qadınların xətrinə dəyən odur ki, Hillary Clinton kimi bir namizəd yalnız həmcins olduğumuza görə ona səs verməli olduğumuzu düşünür. Bu axmaq, təhqiramiz yanaşmadır".

Milli.Az















RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Rusiyada zəlzələ oldu

24 Aprel 2017 07:38

Əkiz uşaqlara hamilə olan məşhur müğənni qısa ətəkdə - FOTO

24 Aprel 2017 07:37

Qrizmann Benzemadan geri qalır

24 Aprel 2017 07:32

Bu qız indi çox məşhurdur - tanıdınızmı? - FOTO

24 Aprel 2017 07:22

ABŞ-da 35 yaşlı erməni övladını oğurlamaqda şübhəli bilinərək həbs edildi

24 Aprel 2017 07:18

"Bu məğlubiyyəti qəbul etmək çox çətindir"

24 Aprel 2017 07:17

Bu dəfə də cəsarətli oldu - FOTO

24 Aprel 2017 07:12

"Təəssüf ki, "Bavariya" üzərində qələbədən sonra bəzi suallar ortaya çıxdı"

24 Aprel 2017 07:05

Populyar aktrisanın yeni FOTOları

24 Aprel 2017 06:32

Evlilik ildönümünüzdə bunları edin

24 Aprel 2017 06:31

Premyer Liqasının ən yaxşı oyunçusu bəlli oldu

24 Aprel 2017 06:23

Bakıda yaşayış binasında yanğın: 40 nəfər təxliyə edildi

24 Aprel 2017 06:14

Mahmud Abbas Moskvaya səfər edəcək

24 Aprel 2017 05:49

Laisin məlahəti - FOTO

24 Aprel 2017 05:32

Poroşenko və Tillerson telefonla danışdı

24 Aprel 2017 05:28

Taksi sürücüsü döyüldü

24 Aprel 2017 05:18

49 yaşlı kişi eyvandan yıxılaraq öldü

24 Aprel 2017 04:39

Yaşayış evində yanğın: 5 nəfər öldü

24 Aprel 2017 04:33

Göz rənglərinə görə insan tipləri

24 Aprel 2017 03:56

Gəncədə taksi sürücüsü döyüldü

24 Aprel 2017 03:38

Vittoriya kamera qarşısında - FOTO

24 Aprel 2017 03:32

İngiltərə Premyer Liqasının ən yaxşısı bəlli oldu

24 Aprel 2017 02:54

Messi 500-ə çatdı

24 Aprel 2017 02:43

Dovşan ətini yemək olarmı?

24 Aprel 2017 02:38

Rianna yeni reklamda - FOTO

24 Aprel 2017 02:32

Nyu-Yorkda yaşayış binasında yanğın: 5 ölü

24 Aprel 2017 02:24

Cocuq Mərcanlıda partlamamış hərbi sursatlar aşkarlandı

24 Aprel 2017 01:58

“Suka” olmaq istəməyən “kriminal generallar”ın dəhşətli ölümləri - VİDEO

24 Aprel 2017 01:33

Kendall Merilin obrazında - FOTO

24 Aprel 2017 01:32

Gəncədə taksi sürücüsü döyüldü

24 Aprel 2017 01:29

"Ginnesin Rekordlar Kitabı"na düşən azərbaycanlılar

24 Aprel 2017 01:21

Messi “Barselona”da 500-cü qolunu vurdu

24 Aprel 2017 01:19

"Barselona" "El-Klassiko"da qələbə qazandı

24 Aprel 2017 01:03

Madriddə triller: 5 qol, qırmızı vərəqə, Messinin benefisi

24 Aprel 2017 00:58

Le Pen seçkilərdən sonra ilk dəfə danışdı

24 Aprel 2017 00:56

Messi son saniyələrdə "Real"a ŞOK YAŞATDI

24 Aprel 2017 00:47

Fransada prezident seçkilərinin iki namizədi ikinci tura adladı

24 Aprel 2017 00:44

Yumurtanın təzə olub-olmadığını öyrənmək üçün

24 Aprel 2017 00:34

Türkiyə klubunun futbolçusu özünü asdı

24 Aprel 2017 00:18

Tanınmış futbolçu intihar etdi

24 Aprel 2017 00:16

Astroloji proqnoz - 24 aprel

24 Aprel 2017 00:13

Bu videoya baxmaq ürək istəyir

24 Aprel 2017 00:09

Günün qoroskopu: tənbəllik və süstlük etməyin

24 Aprel 2017 00:05

Kubok "Qarabağ"a təqdim olundu

23 Aprel 2017 23:58

İki yol qəzasında 3 nəfər xəsarət alıb

23 Aprel 2017 23:57

4 otaqlı ev yanıb

23 Aprel 2017 23:57

Möhtəşəm su festivalı Mingəçevirdə - FOTOLAR

23 Aprel 2017 23:53

Türkiyədə futbolçu intihar edib

23 Aprel 2017 23:52

“Qaziantepspor”un futbolçusu intihar etdi

23 Aprel 2017 23:49

Yaşlandıqca uşaqlaşır, öldüyünə inanır

23 Aprel 2017 23:44