Xəstəlikdən qorxan insanlar

Xəstəlikdən qorxan insanlar
23:37 10 Noyabr 2016
143 Ölkə
Ölkə mətbuatı
A- A+

Mütəxəssislərin apardığı araşdırmalar xəstələnməkdən qorxan insanların daha çox xəstəliyə tutulma riski oltuğunu təsdiq edir. Milli.Az immunitet.az-a istinadən bildirir ki, xəstələnməkdən qorxan insanlar arasında ararılan araşdırmaların elə adamlarda digərlərinə nisbətən 2 dəfə artıq ürək xəstəlikləri baş verir.
Elm adamları xəstəlikdən qorxan adamlarda olan simptomların onlar üçün daima təhlükə mənbəyi olduğunu söyləyir. Çünki bu cür insanlar orqanizmlərində baş verən adi dəyişikliklər zamanı belə daima stress və qorxu içində yaşayırlar ki, bu da onların sinir sistemini və iradəsini zəiflədir. Sinir sistemində baş verən narahatlıqlar isə bəzi hallarda pis vərdişlərin əmələ gəlməsinə səbəb olur.
Norveçdəki Berqen Universitetinin elm adamları apardıqları araşdırmalar 12 il davam etdirmiş və daima sağlamlığının qayğısını çəkən adamların 10%-in ürək xəstəliklərindən əziyyət çəkdiyini və onların 6%-in infarkt riski altında olduğunu sübut etmişdir. Onların ürək xəstəliklərindən əziyyət çəkmələrinin səbəbi isə xəstələnmək qorxusu altında yaşamalarıdır.
Alimlərin statistikasına görə bu streslə yaşayan qadınlarda infarkt riski 58% olduğu halda, kişilərdə 78% təşkil edir.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/488231.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR