Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

14 oyun, 8 qələbə, 3 heç-heçə, 3 məğlubiyyət

14 oyun, 8 qələbə, 3 heç-heçə, 3 məğlubiyyət

Date: 10 November 2016 23:37

AFFA-nın aşağı yaş qruplarından ibarət komandalar üçün təşkil etdiyi liqalarda növbəti oyunlar keçirilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,"Qəbələ" futbol akademiyasının komandaları 14 matçda qüvvəsini sınayıb.
 
"Qırmızı-qaralar" bu görüşlərin 8-də qalib gəlib, 3-də heç-heçə edib və eyni sayda məğlubiyyət alıb.
 
U-19 VIII turda səfərdə "İnter"lə qarşılaşıb. 1:1 hesablı heç-heçədən sonra komanda aktivini 18 xala çatdırıb. "Qırmızı-qaralar" 4-cü pillədə qərarlaşıb.
 
U-17-nin "Vətən"lə ev oyununda da eyni hesab qeydə alınıb. "Qəbələ" VII turdan sonra 14 xala 5-ci yerdədir.
 
U-16 VI turun ev qarşılaşmasında "Zirə"ni 1:0 hesabı ilə məğlub edib. 6 oyunda 13 xal toplayan komanda 3-cü pillədə yer alıb.
 
Evdə "Vətən"i 2 cavabsız qolla məğlub edən U-15 5-ci dəfə qalib gəlib. 100 faizlik nəticəyə malik olan "Qəbələ" yarışın lideridir.
 
Paytaxt regionunun Bakı zonasında çıxış edən U-14 və U-13-də növbəti matçlarına çıxıb. "Əlincə"ni 2:0 hesabı ilə yenən U-14 ardıcıl 7-ci qələbəsini əldə edib. 100 faizlik nəticəyə malik "qırmızı-qaralar" turnir cədvəlinin 1-ci pilləsindədir. "Vətən" RİOEUG-a 0:1 hesabı ilə uduzan U-13-ün aktivində 13 xal var. Komanda 6-cı yerdədir.
 
Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında mübarizə aparan U-12, U-11 və U-10-ların yarışında "qırmızı-qaralar" bir neçə komanda ilə təmsil olunub. U-12 Liqasında "Qəbələ" UGİM-i (Oğuz) 9:2, UGİM isə UGİM-i (Şəki) 5:1 hesabı ilə yenib. Hər iki komanda 6 turdan sonra 18 xalla liderliyə şərikdir.
 
U-11 Liqasında UGİM ROİL-i (Qax) 4:0, "Qəbələ" UGİM-i (İsmayıllı) 16:0 hesabı ilə üstələyib. İtkisiz liderlik edən komandaların hər ikisi 6 turda 18 xal toplayıb. U-10 Liqasında "Qəbələ" və Gİİ üz-üzə gəlib. "Qırmızı-qaralar" 13:0 hesablı qələbə qazanıb. UGİM Şəkinin UGİM-inə uduzub - 3:4. 6 turdan sonra "Qəbələ" 18, Gİİ və UGİM isə hərəyə 12 xala malikdir.
 
Qızların yüksək liqa yarışında V tur liderlərin görüşü ilə əlamətdar olub. İtkisiz irəliləyən "Qəbələ" və "Fidan"ın görüşündə qalib müəyyənləşməyib. 4 matçda 13 xal toplayan komandamız top fərqinə görə 2-cidir.

Milli.Az


Tags:  oyun qələbə heç-heçə məğlubiyyət

RƏYLƏR


Top news