Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Göygöldə 32 yaşlı gənc bıçaqlanıb

Göygöldə 32 yaşlı gənc bıçaqlanıb

Azərbaycanda 22 yaşlı qadın bıçaqlanıb (08 Mart 2017 19:42)
Sabirabadda 22 yaşlı qadın bıçaqlanıb (07 Mart 2017 20:27)
Bakıda körpünün altında 42 yaşlı kişi bıçaqlanıb (07 Mart 2017 09:47)

Tarix: 10 Noyabr 2016 23:47

Göygöl. 10 noyabr. REPORT.AZ/ Göygöl rayonunun Xaqani kəndində bıçaqlanma hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, 1984-cü il təvəllüdlü kənd sakini Məmmədov Vüsal Eldar oğlu qarın nahiyəsindən bıçaqlanıb.
Yaralı öz yaxınlarının köməkliyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər tərəfindən əməliyyat olunan yaralının vəziyyəti orta-ağırdır. Onun kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı məlum deyil.
Faktla bağlı Göygöl rayon Polis şöbəsində araşdırma aparılır.

Teqlər:  Göygöldə 32 yaşlı gənc bıçaqlanıb



RƏYLƏR


Top xəbərlər