Niyə hər il mühərrəmlik mövsümünü qeyd edirik?

Niyə hər il mühərrəmlik mövsümünü qeyd edirik?
23:52 10 Noyabr 2016
150 Ölkə
Ölkə mətbuatı
A- A+

Hər il mühərrəm ayı ərəfəsində bu sualın müxtəlif formalarda qoyuluşunun şahidi oluruq. Istər sualın cavabını bilməyən və öyrənməyə çalışan şəxslər, istərsə də mühərrəmlik ənənəsinin üzərinə kölgə salmaq istəyən qüvvələr məsələni gündəmə gətirirlər. Bu mövzuda böyük alimlər tərəfindən hədsiz kitablar, məqalalər yazıldığını və şifahi məlumatlar verlidiyini nəzərə alaraq, aşağıdakı məqalədə mətləbi çox uzatmamaq qərarına gəldik. Sizə yalnız ən zəruri bildiyimiz məqamları və ən tutarlı hesab etdiyimiz sübutları qısa şəkildə təqdim edirik.

Milli.Az islam.az-a istinadən bildirir ki, birincisi, Kərbəla hadisəsi hər şeydən əvvəl misli görünməmiş bəşəri faciədir. Kərbəlaya aparıb-çıxaran hadisələr zənciri, bilavasitə aşura günündə baş verən olaylar və bundan sonra sağ qalan Əhli-beyt üzvlərinin başına gətirilənlər üstündən on üç əsr keçməsinə baxmayaraq, bu gün də öz pisxoloji təsir gücünü itirməyib. Kərbəla səhrasında qətlə yetirilənlər İslam Peyğəmbərinin nəsil şəcərəsinin üzvləri deyil, sıravi müsəlmanlar olsaydılar belə, yenə faciənin böyüklüyü bizi təsirsiz buraxmazdı.

İkincisi, Kərbəlada qətlə yetirilənlər Həzrət Mühəmməd Peyğəmbərin (s) ən yaxın qohumları, ciyərparələri idi. Və bu hadisə o həzrətin vəfatından cəmi 50 il sonra baş vermişdi. Vaxtilə Peyğəmbərin başına pərvanə kimi dolanan, ağzından çıxan bircə kəlməni də diqqətsiz buraxmayan, Onu görməyi özünə fəxr sayan səhabələrin ya özləri, ya da övladları soyuqqanlılıqla Onun nəvəsinin başını kəsmiş, tifaqını dağıtmış, nəslinə divan tutmuşdular. Bütün bunlar hələ də ümmət arasında Peyğəmbərin Hüseyn (ə) barədə (o cümlədən, Onun gələcək şəhadəti barədə) buyurduğu hədislərin dolaşdığı bir zamanda baş vermişdi. "Hüseyn məndəndir, mən də Hüseyndənəm" hədisini İki Cahan Günəşinin öz dilindən eşidənlərin bir hissəsi hələ sağ idi. Vəfat edən səhabələr də hədisi öz uşaqlarına rəvayət etməyə macal tapmışdılar. Hüseynin (ə) boğazını vaxtilə Peyğəmbərin öpdüyünü öz gözləri ilə görən və ya heç olmazsa, bunu birinci ağızdan eşidən adamlar asanlıqla həmin boğazın xəncər altına qoyulmasına razı olmuşdular. Faciənin ən böyük dəhşəti də bunda idi.

Hüseyn (ə) ali-əbanın sonuncu üzvü idi. Ali-əba (yəni əba əhli) Həzrət Mühəmməd Peyğəmbərin (s) özündən və əbası altına alıb, günahlardan təmizlənməsi üçün dua etdiyi, duasının qəbul əlaməti kimi "Əhzab" surəsinin 33-cü ayəsinin nazil olduğu daha dörd nəfərdən ibarətdir: Həzrət Əli (ə), Fatimeyi-Zəhra (ə), Həsən (ə) və Hüseyn (ə). Bu beş nəfər möminlər üçün müqəddəslik rəmzi, Allahın mərhəmət nişanəsi, arxayınlıq mənbəyi idi. Peyğəmbər vəfat etdikdən sonra möminlər Onun xatirəsini qızı Fatimədə (ə) axtarırdılar. Fatimə (ə) vəfat etdikdən sonra Əli (ə) bütün elmi, şücaəti, ədaləti ilə Peyğəmbərin obrazını zehnlərdə canlandırırdı. Onun şəhadətindən sonra tərəfdarları Imam Həsənin (ə) ətrafında toplaşdılar. Imam Həsən (ə) də şəhid olduqdan sonra ali-əbanın son üzvü Hüseyn (ə) insanlar üçün Peyğəmbərin son yadigarı kimi görünürdü. O, əllərində Peyğəmbərin əllərinin nəvazişini, üzündə Peyğəmbərin dodaqlarının sevgisini yaşadırdı. O, Peyğəmbərin bilavasitə nəslindən olan və o həzrəti görən son şəxs idi. Hüseyn (ə) nəinki yalnız Peyğəmbərin, həm də Fatimənin (ə), Əlinin (ə) və Həsənin (ə) nişanəsi idi. Buna görə də Hüseynin (ə) itkisi hələ o zamankı Əhli-beyt dostlarına da çox ağır gəlirdi. Buna görə də Əhli-beyt tərəfdarları Onun itkisini xüsusi ağrı-acı ilə qarşılamışdılar.

Kərbəla faicəsinə ən böyük dəhşət gətirən xüsusiyyətlərdən biri də zalım və məzlum tərəflər arasındakı kəskin ziddiyyətdir. Tarix boyunca heç bir silahlı münaqişədə müsbət və mənfi tərəflər arasındakı uçurum aşuradakı kimi qabarıq nümayiş etməmişdi. Bir tərəfdə Hüseyn (ə), Abbas, Əli Əkbər, Zeynəb kimi fəzilət səmalarında pərvaz edən misilsiz şəxsiyyətlər, o biri tərəfdə isə Yezid, İbn Ziyad, Ömər ibn Səd, Şümr kimi rəzalət çirkabında qərq olanlar dururdu. Görün, kimlər kimləri haqsız sayır, özünə tabe etmək istəyirdi! Görün, kimlər kimləri öldürürdü!

Hər bir millətin, hər bir xalqın qan yaddaşına həkk olunmuş milli matəm günləri, xatirə tarixləri var. Məsələn, Azərbaycan xalqı üçün 20 yanvar, Xocalı günləri kimi. Bu günlərdə bütün millət hüzn içində olur, hamı həmin günlərin acı xatirəsini yaşayır, o hadisələrin qəhrəmanlarını yad edir. Şənliklər, konsertlər, toylar keçirilmir, şadlıq evləri sifarişləri təxirə salır. Bu, hələ bir millətə aid olan günlərdir. İmam Hüseyn (ə) milyard yarımlıq bütün Islam ümmətinin ortaq qəhrəmanı və müqəddəsidir. Imam Hüseyn (ə) bütün müsəlmanların "Əşhədü ənnə Mühəmmədən rəsulüllah" deyə şəhadət verdikləri Peyğəmbərin nəvəsidir. Hüseyn (ə) ali-əbanın son üzvüdür.

Hər birimiz öz rəhmətə getmiş yaxınlarımızın, ata-anamızın, nənə-babamızın, qardaş-bacımızın vəfat gününün ildönümündə hər cür şənlikdən uzaq olur, o adamı xatırlayaraq üzülürük. Elə isə, bizə Quranı gətirmiş, halalla haramı başa salmış, dünya və axirət səadətinə doğru yolumuzu aydınlatmış, öz canımızdan da artıq sevməli olduğumuz Peyğəmbərin əziz nəvəsinin görünməmiş faciə ilə qətlə yetirildiyi günə hörmətsizlik göstərməyə haqqımız varmı? Yaxınlarımızın matəmini 40 gün qeyd edir, üzümüzə ülgüc vurmur, saçımıza rəng qoymur, bir il toydan-şənlikdən imtina edirik. Elə isə Əhli-beyt şəhidlərinin hər il 40 gün matəmini saxlamaq niyə bizə qəribə görünməlidir? Bir halda ki, bu barədə istər Peyğəmbərin, istərsə də məsum imamların dilindən istənilən qədər tövsiyələr mövcuddur (Yazının həcmini üzatmamaq naminə həmin hədisləri burada qeyd etmirik. Maraqlananlar müvafiq məzmunlu kitablarda yüzlərlə bu cür hədis və rəvayət tapa bilərlər).

Peyğəmbərin ruhunun ağladığı, Fatimənin (ə) və Əlinin (ə) ruhunun kədər içində olduğu günlərdə bizim şadyanalıq etməyimiz, oynaq musiqilərə qulaq asmağımız, əyləncə məclislərinə getməyimiz, hətta toy, ad günü keçirməyimiz vicdana yaraşan iş olarmı? Səmada mələklərin belə matəmə qərq olduğu günlərdə sevinməyi özümüzə necə rəva görərik?

Məsələyə başqa tərəfdən yanaşsaq, Kərbəla faicəsinin hər il canlandırılması həm də güclü siyasi-ictimai, dini-əxlaqi bir amildir. Tarix boyunca haqq uğrunda bir çox qiyamların, azadlıq hərəkatlarının şüarı məhz İmam Hüseynin (ə) intiqamını almaq olmuşdur. Aşura şəhidlərinin tarixçəsi mübariz qüvvələr üçün ilham mənbəyi rolunu oynamışdır.

Aşura haqla batilin, yaxşı ilə pisin, nurla zülmətin, Allahla İblisin qarşıdurma günüdür. Həmin gün baş verənlər bir millətə deyil, bütün insanlığa, bir zamana deyil, bütün tarixə dərs verəcək qədər əhəmiyyətə malikdir. Mühərrəmlik mövsümü insanların haqqı unutmaması, zülmü və zalımı tanıması, heç bir təzyiq qarşısında düz yoldan dönməməsi üçün məktəbdir. Aşura günü və onun davamı olaraq, əsirlər karvanının Şama səfəri boyunca baş verən hadisələrin anoloji variantlarını tarixin hər bir dönəmində, elə bu gün də müşahidə etmək olar. Hər zamanın öz Hüseynləri (ə) və Yezidləri var. Unutmayaq ki, Hüseynin (ə) diri-diri başını kəsənlər, 6 aylıq körpəsini qucağında qanına qəltan edənlər əvvəlcə Onu öz şəhərlərinə dəvət edən, daha sonra qorxu və yalan gücünə öz mövqeyini buraxıb qarşı tərəfə keçənlər idi. Aşura faciəsi bu kimi hiylələrin iç üzünü açan məhək daşıdır. Mühərrəmlik - xalqı öz düşmənləri ilə son nəfəsə kimi mübarizə aparmağa, ölüm-dirim savaşında hər şeyini qurban verməyə, zəlil olmaqdansa şəhid olmağı üstün tutmağa hazırlaşdıran ibrət güzgüsüdür. Mühərrəmlik - şəhidlər yetişdirən mədrəsədir. Mühərrəmlik - ümməti kimliyini unutmağa qoymayan, münafiq və zalım qüvvələri tanımaq üçün dəqiq meyarlar təqdim edən məktəbdir. Yetər ki, ən azından hər ilin 40 günündə bu məktəbin ibrət dərslərini oxumağa və dinləməyə hazır olaq...

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bakıda 500 musiqiçinin iştirakı ilə “Jara” beynəlxalq festivalının açılışı olacaq

27 İyul 2017 10:57

“Sabirabad Dəmir Beton”un rəhbərliyi yenidən formalaşdırılacaq

27 İyul 2017 10:57

ABŞ ordusuna cinsi azlıqlar cəlb oluna bilər? - Rəsmi cavab

27 İyul 2017 10:57

Məktəblilərimiz beynəlxalq olimpiadada medal qazanıb

27 İyul 2017 10:54

İşdən qovulan generalla bağlı BÜTÜN HƏQİQƏTLƏR ÜZƏ ÇIXDI: sərvəti ŞOK ETDİ - FOTO

27 İyul 2017 10:53

Avtoyumada özünü yuduzdurdu

27 İyul 2017 10:53

Avropa Şurasının rəhbəri prokurorluğa çağırılıb

27 İyul 2017 10:52

Təyyarə qəzaya uğradı

27 İyul 2017 10:50

Azərbaycan brendi İndoneziya mətbuatında - FOTO

27 İyul 2017 10:48

DİQQƏT: Telefonunuza baxın, şəkillər, videolar yerindədir?

27 İyul 2017 10:48

Ürək tutmasından öldüyü deyilirdi: intihar etdiyi məlum oldu - Göyçayda DƏHŞƏT

27 İyul 2017 10:47

Fatih Terim “Qalatasaray”da

27 İyul 2017 10:47

UNEC-də məzun monitorinqi – məşğulluq 85%

27 İyul 2017 10:44

Bələdiyyə sədri Şəmkirdəki 4 gün, 4 gecəlik toydan danışdı - VİDEO

27 İyul 2017 10:42

Azərbaycan gimnastları Polşada Ümumdünya Oyunları 2017-də "gümüş" qazanıblar - FOTO

27 İyul 2017 10:42

Xəyyam Nisanovdan xəbər var

27 İyul 2017 10:42

ABŞ milli komandası futbol üzrə “Qızıl kubok”un qalibi olub

27 İyul 2017 10:37

Neft bahalaşmaqda davam edir

27 İyul 2017 10:37

İkiekranlı “Meizu” smartfonları rəsmən təqdim olunub

27 İyul 2017 10:35

Aktyorla xanımı ikinci bal ayını yaşayır - FOTOlar

27 İyul 2017 10:32

Qadını təkəraçanla döydülər

27 İyul 2017 10:32

İsti havada geyim seçərkən bunlara

27 İyul 2017 10:29

Türk ölkəsi bu ilin sonuna kimi latın əlifbasına keçəcək

27 İyul 2017 10:28

Saakaşvilidən Poroşenkoya cavab: "Məni vətəndaşlıqdan məhrum edə bilməyəcəksiniz"

27 İyul 2017 10:27

Qazaxıstanda təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb

27 İyul 2017 10:27

Rusiyada təyyarə qəzaya uğradı: ölən və yaralılar var - VİDEO

27 İyul 2017 10:27

"Qəbələ" "Panatinaikos"la üz-üzə

27 İyul 2017 10:27

Cinsi azlıqlar orduya cəlb oluna bilər?

27 İyul 2017 10:25

Ancelina Colieden heyranedici açıqlama: “Uşaqlarımından gizli duşda ağladım”

27 İyul 2017 10:23

Azərbaycan və Gürcüstan gömrük işçilərinin növbəti görüşü keçirilib

27 İyul 2017 10:22

Azərbaycan Bolqarıstanın kənd təsərrüfatı bazarına çıxmaqda niyyətindədir

27 İyul 2017 10:22

Qızıl bahalaşdı

27 İyul 2017 10:22

Bu ölkə ABŞ-dan ölüm raketləri ALIR

27 İyul 2017 10:18

42 milyonluq futbolçu Türkiyə yolunda

27 İyul 2017 10:17

Yaxın vaxtlarda Almaniyadan Azərbaycana 140 pambıqyığan kombayn gətiriləcək

27 İyul 2017 10:17

Qızıl 13 dollardan çox bahalaşdı

27 İyul 2017 10:17

Yumurtanı gunəşin istisi ilə bişirdi

27 İyul 2017 10:17

Daha bir miqrant faciəsi: uşaqlar, hamilə qadın... - FOTO

27 İyul 2017 10:12

Zeytun yağı və əncir möcüzəsi

27 İyul 2017 10:11

Bu günün valyuta MƏZƏNNƏLƏRİ

27 İyul 2017 10:08

Tehran Hacıyev "Ermənistan Azərbaycan Sülh Platforması"na qoşulub

27 İyul 2017 10:07

Yaxın vaxtlarda Azərbaycanda Kosta-Rika səfirliyi açılacaq

27 İyul 2017 10:07

Anasının gözü önündə 16 yaşlı qızı zorladılar: qohumlar saxlanıldı - FOTO

27 İyul 2017 10:05

Bakıda 17 yaşlı oğlan yoxa çıxıb

27 İyul 2017 09:59

Tarixdə bu gün nələr baş verib?

27 İyul 2017 09:59

Təhsil Nazirliyində yenilik

27 İyul 2017 09:59

İsraildən Məscidi-Aksa ilə bağlı DAHA BİR ADDIM - FOTO

27 İyul 2017 09:58

"Zirə"dən ayrıldı, Macarıstan klubuna keçdi

27 İyul 2017 09:57

"Zirə"dən ayrılan futbolçu Macarıstan klubunda

27 İyul 2017 09:57

Təhsil Nazirliyinin İdarəsinə yeni səlahiyyətlər verildi

27 İyul 2017 09:52