Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Trampın ən gözəl qadın adlandırdığı idmançı kimdi? - FOTO

Trampın ən gözəl qadın adlandırdığı idmançı kimdi? -   FOTO

Date: 11 November 2016 00:07

ABŞ-ın yeni prezidenti Donald Tramp dünyaca məşhur serb tennisçi Ana İvanoviçə olan xüsusi simpatiyası ilə tanınır. Tramp 29 yaşlı raketka ustasının dünyanın ən gözəl qadını olduğu fikrindədi.


ABŞ-ın 45-ci prezidenti, 3 il əvvəl Serbiyaya etdiyi səfəri zamanı o vaxt baş nazir vəzifəsində çalışan İvana Daciçlə görüşü zamanı Ana İvanoviç haqqında "Həyatımda gördüyüm ən gözəl qadın. Qətiliklə ən gözəl" kimi ifadələri ilə diqqət çəkmişdi.


İngiltərə Premier Liqasında "Mançester Yunayted"də top qovan Bastian Şvainsteingerin həyat yoldaşı olan İvanoviç 2014-cü ildə Trampla görüşərək kameralar önünə də keçiblər.


Xatırladaq ki, 32 yaşlı futbolçu Ana İvanoviç ilə bu ilin yazında ailə həyatı qurub.


Serbiyanın keçmiş baş naziri Daciç Trampla görüşləri haqda danışarkən "15 dəqiqə dayanmadan Ana İvanoviç haqqında danışdı. Onun ən gözəl tennisçi və dünyanın ən gözəl qadını olduğu haqqında çox sözlər dedi" ifadələrini işlədib.(milli.az)





Fanat.Az


Tags:  Trampın gözəl qadın adlandırdığı idmançı kimdi FOTO

RƏYLƏR


Top news