Prosineçki: "Şimali İrlandiyaya məğlubiyyət mənim üçün faciə olmayacaq"

Prosineçki: "Şimali İrlandiyaya məğlubiyyət mənim üçün faciə olmayacaq"
00:12 11 Noyabr 2016
69 İdman
Ölkə mətbuatı
A- A+

Almeyda millinin məşqində - FOTO (18 May 2017 15:12)
Prosineçki millidən gedir? - AFFA-dan AÇIQLAMA (30 Aprel 2017 18:32)
Millimizin Şimali İrlandiya ilə oyuna hazırlıq planı bəlli oldu (22 Aprel 2017 16:32)

Şimali İrlandiya, Belfast. 10 noyabr. REPORT.AZ/ "Sabah komandamızı böyük oyun gözləyir. Seçmə mərhələyə yaxşı başladığımızı nəzərə alaraq, əhval-ruhiyyə yüksəkdir. Bura oynamağa gəlmişik. Məqsədimiz yaxşı oyun sərgiləyərək, Bakıya xalla dönməkdir. Bizi çətin oyun gözləyir. Rəqibimiz AVRO-2016-nın seçmə qrup matçında çıxış edib. Hazırlığımız yaxşı keçib. Rəşad Sadıqov zədəli olduğu üçün meydana çıxmayacaq. Qalan 24 futbolçu matça hazırdır".
"Report"un məlumatına görə, bunu Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Şimali İrlandiya yığması ilə 2018-ci il Dünya çempionatının seçmə qrup matçından öncə mətbuat konfransında deyib.
Daha sonra təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
Rəşad Sadıqovun vəziyyəti necədir: Hazırda komanda ilə birgədir, yoxsa düşərgədən müalicəyə yollanıb?
- Rəşadın zədəsi köhnədir, təzə deyil. Norveçlə oyundan sonra meydana çıxa bilmədi. Bu gün Londona gedərək, həkimlə görüşdü. Müayinədən sonra məlum oldu ki, müalicə görməyəcək. Gələn həftədən məşqlərə başlayacaq. Amma 6 həftəyədək yaşıl meydanlardan kənarda qalacaq. Bir tərəfdən yaxşıdır ki, müalicə görməyəcək, amma digər tərəfdən uzun müddət oynamayacaq.
Heyəti açıqlamaq fikriniz var?
- Bilirəm ki, hamı hazırda bunu gözləyir. Həmişə heyəti mətbuat konfransında açıqlamışam. İndi də burada deyəcəyəm: Kamran Ağayev, Arif Daşdəmirov, Maksim Medvedev, Bədavi Hüseynov, Məhəmməd Mirzəbəyov, Qara Qarayev, Rahid Əmirquliyev, Emin Mahmudov, Ramil Şeydayev, Əfran İsmayılov, Ruslan Qurbanov.
Dəniz Yılmazın yığmamızı gücləndirə biləcəyini düşünürsünüz?
- Mən bu barədə ətraflı məlumat vermək istəmirəm. Şadam ki, indi o, millidədir. Azarkeşlərin fikirlərinə münasibət bildirmək istəmirəm. O, 2 gündür bizimlədir. Türkiyə Super Liqasında çıxış edən oyunçudur. 23 oyunçu arasında yer alacaq. Görək, 90 dəqiqə ərzində nələr baş verəcək.
Yığmamızın 3 oyundan 7 xal qazanması komandamıza əlavə təzyiq yaratmır ki?
- İki il əvvəl bura gələndə deyirdim ki, bu komandanın potensialı güclüdür, vaxt gələcək sürpriz edəcək. İndi həmin vaxt yetişib. Avropada hamı soruşur ki, nə baş verir? Mən də deyirəm ki, heç nə. Komanda öz oyununu sərgiləyir. Komandamızın keyfiyyəti yüksəkdir. Sabah da komandamdan yaxşı oyun gözləyirəm. Amma məğlub da ola bilərik. Bu, mənim üçün faciə olmayacaq.
Atletik oyun sərgiləyən komandaya qarşı lazımı səviyyədə mübarizə aparmaq mümkün olacaqmı?
- Mən oyunçularımı uzada bilmərəm ki, 2 metr boyları olsun. Olan materialdan istifadə etməliyik. Çalışmalıyıq ki, onların potensialından istifadə edək. Rəqibin güclü keyfiyyətlərindən yararlanmalarına imkan verməməliyik. Komandamızın fiziki vəziyyətinə gəldikdə, futbolçularım 3 günə 2 oyunu necə sərgilədiklərini Norveç və Çexiya ilə qarşılaşmalarda sübut ediblər. Bizim də öz oyun sirrimiz var, ondan yararlanacağıq.
Emin Mahmudovun ilk dəqiqələrdən meydana çıxması diqqət çəkir. O, hansı keyfiyyətlərinə əsasən, "11-lik"də yer alacaq. Oyun praktikasının yoxluğu oyununa mane olmayacaq?
- Elə keyfiyyətlər gördüm ki, onu start heyətə daxil etdim. Mahmudov özünü toplanışda müsbət tərəfdən göstərdi. Təəssüf ki, "Boavişta"da oynamır. Ramil Şeydayev barədə də Çexiya ilə oyunda eyni vəziyyət yaranmışdı. Emin mənim "kozır"ım olacaq. Oynaya bilməsə, əvəzləmək imkanım olacaq. 24 futbolçunun hamısı heyətə düşə bilər. Ehtiyatdakı futbolçular da hər an meydana çıxmağa hazırdır. Ehtiyatda həm gənc, həm də təcrübəli oyunçular var. Dörd ay əvvəl seçim imkanı yox idi. İndi isə belə imkanın olması yaxşı haldır. Görək sabah 90 dəqiqə necə olacaq. Oyundan sonra burada görüşüb yenə söhbət edəcəyik.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

2017-ci ilin ən qənaətcil avtomobilləri - FOTO

26 May 2017 23:12

Bakı sakinləri Ramazan ayında toy edirmi?

26 May 2017 23:08

Sizdə ZOB XƏSTƏLİYİ inkişaf edə bilərmi?

26 May 2017 23:05

Gecə növbəsində işləyən kişilərə BƏD XƏBƏR

26 May 2017 23:05

Nazir müavini:

26 May 2017 22:58

"Səhvlərimdən nəticə çıxardım"

26 May 2017 22:57

Argentina millisində yeni baş məşqçi

26 May 2017 22:48

Düyü ilə dolu qaynayan qazan 21 yaşlı qızın üstünə aşıb

26 May 2017 22:47

Salatlara bitki yağı əlavə edin ki...

26 May 2017 22:47

Tramp İslam dünyasını Ramazan ayının gəlişi münasibətilə təbrik edib

26 May 2017 22:46

İraq ordusu dinc sakinləri Mosulun tarixi mərkəzini tərk etməyə çağırıb

26 May 2017 22:43

86 yaşlı kişi intihar edib

26 May 2017 22:42

Daha bir məşhur türk serialı reytinq qurbanı oldu - VİDEO

26 May 2017 22:37

55 kiloqram arıqlayıb fenomen oldu - FOTO

26 May 2017 22:32

İlandan hazırlanan alkoqollu içkilər - FOTO

26 May 2017 22:32

Biləsuvarda iki piyadanı avtomobil vurub

26 May 2017 22:27

Argentina millisinin yeni baş məşqçisinin adı açıqlandı

26 May 2017 22:25

Neftimiz ucuzlaşıb

26 May 2017 22:22

2017-nin manikür dəbi - FOTO

26 May 2017 22:17

Neftimiz ucuzlaşıb

26 May 2017 22:15

Argentina millisinin baş məşqçisi bəlli olub

26 May 2017 22:12

“Ronaldo” və “Messi” İranda - FOTO

26 May 2017 22:08

Azərbaycanlı bərbərdən qeyri-adi üsul: Bu dəfə ŞÜŞƏ ilə saç kəsdi - VİDEO

26 May 2017 21:57

Ağ Ev: "Tramp Rusiyaya qarşı sanksiyaları yumşaltmaq niyyətində deyil"

26 May 2017 21:57

Misirdə terror:

26 May 2017 21:57

Nardaran qalası – yorğun, atılmış, tənha qala... (FOTO)

26 May 2017 21:55

Qazax sakini bıçaqlandı

26 May 2017 21:53

Azərbaycanda bir ailəyə dəhşətli sürpriz: Qəbirdən cadu tapdılar - VİDEO

26 May 2017 21:52

46 yaşlı kişi bıçaqlanıb

26 May 2017 21:47

13 yaşlı uşaq ağacdan yıxılaraq öldü - GƏNCƏDƏ

26 May 2017 21:43

Bu gecə niyyət axşamıdır, sabah isə Ramazan ayının biridir - VİDEO

26 May 2017 21:42

Yarpaq üzərində qeyri-adi rəsm əsərləri - FOTO

26 May 2017 21:42

​Beyin mərkəzləri Almaniyada bir araya gəlir -

26 May 2017 21:33

İmicini dəyişdi - kişilər bəyənmədi

26 May 2017 21:32

Müəllim işləmək istəyənlər, bu xəbərə DİQQƏT! - 6 min vakant yer var... - VİDEO

26 May 2017 21:32

G-7 ölkələrinin liderləri terrorizmlə mübarizəyə dair bəyannamə imzaladı

26 May 2017 21:28

Qazax şəhərində yerli sakin bıçaqlanıb

26 May 2017 21:27

Ramazan ayının ilk gününün DUASI VƏ TƏQVİMİ

26 May 2017 21:22

Moskvada terror aktı hazırlamaqda şübhəli bilinən 4 şəxs həbs edilib

26 May 2017 21:17

Əməkdar artist çəkiliş vaxtı zəhərləndi: "Xəstəxanaya yerləşdirib, mədəmi yudular" - FOTO

26 May 2017 21:17

"Qarabağ" Moskva klubuna rəqib oldu

26 May 2017 21:17

Evi əlindən alınan kişi "Bank Respublika"nın önündə özünü yandırdı —

26 May 2017 21:14

Fransanın MDB ölkələri üzrə regional rəhbəri İİTKM-də olub

26 May 2017 21:12

Azərbaycan XİN Misirdəki terror aktını qınayır

26 May 2017 21:08

Bakıda 5 yaşlı qızın əsərləri sərgilənəcək

26 May 2017 21:03

SOCAR-da “Neft dağılmalarına qarşı hazırlıq və cavab tədbirləri” mövzusunda təlim keçirilib

26 May 2017 21:02

Füzulidə “Yaşa Azərbaycan” festivalı keçirilib

26 May 2017 21:02

Qızından Rəqsanəyə: "Sən başqa qollardasan, mən başqa qollarda..." -VİDEO

26 May 2017 20:57

Vergilər Nazirliyinin əməkdaşları iki həftədə 1400-dən çox sahibkarla görüşüb

26 May 2017 20:57

Misirdə terror aktı nəticəsində ölənlərin sayı 28-ə çatdı

26 May 2017 20:57