Əməkdar artist Elza Seyidcahan növbəti dəfə yanlış əməli ilə gündəmə gəlib.
Axşam.az-ın məlumatına görə, o, hər bir Azərbaycan vətəndaşı üçün müqəddəs olan dövlət atributunu təhrif edib. Belə ki, pianoda ifa edərək himni oxumağa çalışan bəstəkar-müğənni himnin sözlərini bir neçə yerdə səhv tələffüz edib, bəzi cümlələrini unudaraq üzərindən keçib.