Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Donald Tramp ilk növbədə vergiləri aşağı salmaq niyyətindədir

Donald Tramp ilk növbədə vergiləri aşağı salmaq niyyətindədir

Date: 11 November 2016 02:57

Bakı. 11 noyabr. REPORT.AZ/ ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ilk növbədə vergiqoyma, səhiyyə və mühacirət məsələləri ilə məşğul olmaq niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Konqresinin Nümayəndələr Palatasının respublikaçı spikeri Pol Rayan ilə görüşdən sonra o özü məlumat verib.
"Bildiyiniz kimi, biz vergiləri aşağı salmağa hazırlaşırıq. Düşünürəm ki, biz Amerika xalqı üçün bir çox yaxşı işlər görəcəyik", - deyə milyarder əlavə edib.
Onun Rayan ilə söhbətinin tərkibi barədə məlumat yoxdur. 


Tags:  Donald Tramp ilk növbədə vergiləri aşağı salmaq niyyətindədir

RƏYLƏR


Top news