Putin Rusiya-ABŞ münasibətlərini yaxşılaşdırmaq istəyir

Putin  Rusiya-ABŞ münasibətlərini yaxşılaşdırmaq istəyir
02:59 11 Noyabr 2016
106 Digər
Ölkə mətbuatı
A- A+

Vladimir Putin  Rusiya-ABŞ münasibətlərinin yaxşılaşdırılmasının tərəfdarıdır.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.  

 

Donald Trampın prezident seçilməsindən sonra Rusiya və ABŞ münasibətlərindən danışan Peskov baş verənlərə  “çəhrayi eynəkən baxmamağa” çağırıb: “Hər şey elə də asan olmayacaq”.  

 

“Rusiyanın mövqeyi ardıcıldır, cənab Putinin mövqeyi hamıya bəllidir – bu mövqe ardıcıl, qıvraq, lakin bu qıvraqlığın həddi də var. Putin mehriban münasibətlərin tərəfdarıdır, münasibətlərimizin yaxşılaşdırılmasının tərəfdarıdır. Baxarıq, görərik ki, qarşılıqlıq nə dərəcədə göstəriləcək”, - deyə Peskov bildirib.   


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259135

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR