Qubada inzibati bina yanıb

Qubada inzibati bina yanıb
05:47 11 Noyabr 2016
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 noyabr. REPORT.AZ/ Gecə saatlarında Quba rayonunun Amsar kəndində inzibati binada yanğın baş verib.
"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində ümumi sahəsi 440 m2 olan taxta konstruksiyadan ibarət ikimərtəbəli 8 otaqlı binanın 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 50 m2 sahədə yanıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/qubada-inzibati-bina-yanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR