Aİ Rusiyaya qarşı sanksiyaları müvəqqəti uzadacaq

Aİ Rusiyaya qarşı sanksiyaları müvəqqəti uzadacaq
05:49 11 Noyabr 2016
73 Digər
Ölkə mətbuatı
A- A+

Avropa İttifaqı dekabrda Brüsseldə keçiriləcək sammitdə Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini uzatmaq niyyətindədir. APA-nın xəbərinə görə, bu barədə “Reuters” Aİ-nin diplomatik dairələrindəki 5 mənbəyə istinadən məlumat yayıb.  

 

“Sanksiyaların genişləndirilməsi dekabrda nəzərdə tutulub. Ukraynada dəyişikliklər baş verməyib, odur ki,  sanksiyaların uzadılmaması üçün heç bir səbəb yoxdur”, - deyə mənbə bildirib.    

 

Məlumata görə, Aİ sanksiyaların müddətini Donald Trampın ABŞ prezidenti postunu icra etməyə başlayanadək  uzatmağa çalışacaq. Qeyd edək ki, andiçmə mərasimi 2017 ilin yanvarın 20-də keçiriləcək.  

 

“Əgər inauqurasiyadan sonra Tramp həqiqətən Putinlə münasibətləri bərpa edəcəksə, Aİ daxilində fikir ayrılığı daha da dərinləşəcək və Rusiyaya qarşı sanksiyaların müddətini  uzatmaq çətinləşəcək”, - deyə Aİ-dən bildirilib.   

 

Xatırladaq ki, Aİ sentyabrda Rusiya və Ukraynanın 146 fiziki şəxsinə və 37 hüquqi şəxsinə qarşı sanksiyaların müddətini 2017-ci ilin martınadək artırıb.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259139

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR