Trampın prezidentliyi azərbaycanlıların Amerikaya getməsinə necə təsir edəcək?

Trampın prezidentliyi azərbaycanlıların Amerikaya getməsinə necə təsir edəcək?
06:18 11 Noyabr 2016
459 Maraqlı
Ölkə mətbuatı
A- A+

Greencard Azerbaijan son günlərdə həmvətənlərimizi çox narahat edən bir məsələyə aydınlıq gətirməyə çalışıb. Pahoo.az sizinlə həmin məsələylə bağlı irəli sürülən fikirləri təqdim edir.

Donald Trump prezidentlik kampaniyalarında immiqrasiya mövzusunda fikirləri və planları sərt səslənsə belə, reallıqda bu planlar səsləndiyi kimi sərt deyil. Aşağıda Donald Trumpın bəzi fikirləri/planları haqda məlumat ala bilərsiniz.

1. Qanunsuz immiqrantların ABŞ-dan deportasiyası.

Hal hazırda ABŞ-da 11 milyondan çox qanunsuz (yəni heçbir sənədsiz) insanlar yaşayır və işləyir. Bu insanların ABŞ-dan çıxarılması kifayət qədər vaxt və büdcə tələb edir və bunu etmək demək olarki qeyri mümkündür. Bunu etməklə ABŞ-ın təhlükəsizliyinə təminat vermək nəzərdə tutulur və hədəf alınan imiqrantlar müəyyən cinayətkar qruplaşmalar və narkotik alverçiləridir.

2. Greencard proqramı

Greencard proqramı tam qanuni bir proqramdır və bu proqramla ABŞ-da yaşamaq statusu alan şəxslər vətəndaşlarla eyni hüquqlara sahib olurlar. Ona görə də greencard sahiblərini heç bir təhlükə gözləmir. Əksinə, Donald Trumpın prezidentliyi ərzində ABŞ-ın iqtisadiyyatında böyük irəliləyişlər, şirkətlərin vergi dərəcələrinin azaldılması və daha çox iş yerlərinin yaradılması nəzərdə tutulur. Ona görə də greencard sahibləri üçün iş imkanları daha da çoxalacaqdır.

3. Müsəlmanların ABŞ-a daxil olmalarını tam qadağa etmək

Bir çox insanlar bu mövzunu düzgün olmayan formada şərh edirlər. Donald Trump bu fikri Kaliforniya, San Bernardino şəhərində günahsız insanların qətlinin müsəlman terorist şəxslər tərəfindən törədildiyi sübut olunduqdan sonra səsləndirmişdi. Bu fikri səsləndirməkdə məqsədi ABŞ-ı teroristlərdən uzaq tutmaq idi. Burada, əsasən "terrorizmlə əlaqəsi sübut olunmuş" şəxslərdən (məsələn həmin vaxt İŞİD-lə əlaqəsi olan Suriyalı qaçqınlar) söhbət gedir. Təbii ki, terorizmlə heç bir əlaqəsi olmayan müsəlman şəxslər bu qrupa daxil deyillər.

4. Vizaların verilməsi

Vizaların verilməsi ilə bağlı heçbir dəyişiklik gözlənilmir. Turist və tələbə vizalarının əvvəki qaydada veriləcəyi gözlənilir. Sadəcə olaraq iş vizalarının verilməsi ABŞ vətəndaşlarının iş yerlərinin tutulması kimi qəbul olunduğundan iş vizalarında məhdudiyyətlərin olması gözlənilir. Ümumiyyətlə iş vizasına müraciət edən azərbaycanlıların sayı bu günə kimi çox az olubdur.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/175488.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR