Qubada inzibati binada yanğın

Qubada inzibati binada yanğın
06:19 11 Noyabr 2016
75 Digər
Ölkə mətbuatı
A- A+

Qubada yanğın hadisəsi qeydə alınıb.  Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Amsar kəndində ümumi sahəsi 440 m2 olan taxta konstruksiyadan ibarət ikimərtəbəli 8 otaqlı inzibati binanın 2-ci mərtəbəsində baş verib. Nəticədə 1 otağın yanar konstruksiyaları 50 m2 sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259140

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR