Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Heydər Əliyev Fondu uşaqları əyləndirdi

Heydər Əliyev Fondu uşaqları əyləndirdi

Date: 11 November 2016 06:54

Noyabrın 10-da Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan və Daun sindromlu uşaqlar üçün növbəti əyləncə proqramı təşkil edib.

 

Heydər Əliyev Fondundan Lent.az-a verilən xəbərə görə, Fondun vitse-prezidenti Leyla Əliyeva övladları ilə birgə şənlikdə iştirak edib.

 

Bakının əyləncə mərkəzlərindən birində keçirilən şənliyə paytaxtda yerləşən müxtəlif uşaq evlərinin sakinləri və Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində müalicə alan uşaqlar qatılıblar.

 

 Uşaqların istirahətinin səmərəli təşkili məqsədilə keçirilən bugünkü şənlikdə balacalar müxtəlif maraqlı attraksionlarda əyləndilər, oyunlarda iştirak etdilər, istirahətlərinə rəngarənglik qatan sağlam rəqabət apardılar. Oyun avtomatlarının və attraksionların bol olduğu mərkəzdə istədikləri kimi əylənən uşaqlar bu aksiyadan xüsusi zövq aldılar, burada gözəl istirahət etdilər.

 

Şənliyin sonunda uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim edildi.

 






Tags:  Heydər Əliyev Fondu uşaqları əyləndirdi


RƏYLƏR


Top news